Site: www.www.narmobile.az
Document address: www.www.narmobile.az/az/for-you/services/1.html
 
 

Xidmətlər

Nar Mobile sizə fərdi olaraq gündəlik ünsiyyət və rabitə ehtiyaclarının ödənilməsi üçün yaradılmış çoxsaylı mobil rabitə xidmətləri vasitəsi ilə ünsiyyətdə olmaq və daim əlaqə saxlamaq imkanları təqdim edir.

Biz Zəng xidmətlərinin adi və vərdiş etdiyimiz funksiyaları ilə yanaşı Azərbaycan mobil rabitə bazarı üçün tam yeni funksiyalarını təqdim edirik.

SMS xidmətlərindən istifadə edərkən siz sadəcə ənənəvi üsullardan deyil, təklif etdiyimiz müxtəlif mesaj xidmətlərindən bəhrələnəcəksiniz.

Data xidmətləri ilə siz harada olmağınızdan asılı olmayaraq hətta səfərdə olan zaman belə İnternet və elektron poçta hərtərəfli giriş imkanı əldə edəcəksiniz. Biz xidmətlərinizin səviyyəsinin daha da yüksəldilməsi üçün asan və cəld üsullar yaratmışıq, belə ki, Nar Mobile xidmətlərindən istifadə edərkən heç bir vaxt problem ilə üzləşməyəcəksiniz.

Müasir dövrdə mobil telefondan video, musiqi, mövzular və məlumat axını olmadan istifadə etməyi təsəvvür etmək çətindir. Bu yolla mobil telefonlarını yeniləşdirməyi arzu edənlər üçün Nar Mobile özünün Nar Mobile Dünyası! portalını təqdim edir. Yalnız portala daxil olun və imkanlardan faydalanın!

Hər bir Tarif Planında quraşdırılmış ödənişsiz xidmətlər təklif olunur, belə ki, onların ayrıca olaraq aktivləşdirilməsi lazım gəlməyəcək.

Təqdim olunan Nar Mobile xidmətlərindən istifadə etmək üçün onları Sərbəst İdarəetmə Sistemi vasitəsi ilə qurun. Sərbəst İdarəetmə Sistemi İnteraktiv Bələdçidən (777), İnternet Bələdçidən və Nar Menyu Bələdçisindən ibarətdir. Bundan əlavə olaraq siz Nar Mobile Mərkəzlərinə müraciət edə bilərsiniz: biz həmişə sizin gəlişinizə şad olacaq, problemlərinizin həll olunmasına kömək edəcək, eləcə də xidmətlərimizin daha da təkmilləşdirilməsi üçün sizin şərh və təkliflərinizi dinləyəcəyik.