Beynəlxalq rominq
Bu xidmət avtomatik olaraq Nar Mobile şəbəkəsinin bütün abunəçiləri üçün təmin edilir
Əldə etdikləriniz
Siz tətilə çıxmağı və ya digər ölkəyə istirahətə getməyi planlaşdırırsınız? Nar Mobile şəbəkəsinin Beynəlxalq Rominq xidmətini aktivləşdirməyi yaddan çıxarmayın.
Rominq sizə ölkədən kənarda olduqda zəngləri qəbul etməyə və zəng etməyə, eləcə də, Nar Mobile şəbəkəsinin sizə təklif etdiyi digər xidmətlərdən istifadə etməyə imkan yaradır. Beynəlxalq Rominq olduğunuz müddətdə sizə gələn zənglər səfər etdiyiniz ölkənin şəbəkəsinə ötürüləcək.
Sizin cari Nar Mobile Tarif Planını Beynəlxalq Rominqdə istifadəyə keçirməyə ehtiyac yoxdur. Eləcə də xaricə getməzdən əvvəl hesabınıza hər hansı vəsait köçürmənizə ehtiyac yoxdur. Sizə lazım olan yalnız Beynəlxalq Rominq üçün hesabınızda lazımi vəsaitin olmasıdır. Danışığınızın haqqı faktiki vaxta görə hesabınızdan tutulacağına görə siz Beynəlxalq Rominqdə olan zaman da hesabınızı yoxlaya bilərsiniz.
Xahiş edirik, Beynəlxalq Rominq xidmətindən istifadə olunması imkanının səfər etdiyiniz ölkənin mobil operatorunun gücündən asılı olaraq məhdud olduğunu yadda saxlayasınız. Ona görə əvvəlcədən siz Müştəri Xidməti Mərkəzində səfər edəcəyiniz ölkədə mobil operatorun bu funksiyanı yerinə yetirə bilməsini yoxlamalısınız.
Xaricə getməzdən əvvəl
Bizim Nar Mobile Müştəri Xidməti Mərkəzinə gedərək səfər edəcəyiniz ölkədəki rominq xidmətləri barədə lazımi məlumatı və rominq xidmətini aktivləşdirmə üçün nə etmək lazım olduğunu öyrənin..
Səfər edəcəyiniz ölkədəki seçilmiş şəbəkənin dalğa tezliklərinin sizin mobil telefona uyğun gəldiyini və səfər edəcəyiniz ölkənin enerji şəbəkəsinin eyni gərginliyə malik olub-olmamasını yoxlayın və müvafiq adapter götürün.
İstifadə qaydası
Rominq müddətində çıxan zənglər:
Azərbaycandakı şəhər xəttinə zəng:
+994{şəhər kodu}{zəng etdiyiniz abunəçinin nömrəsi}
Azərbaycandakı mobil operatorların abunəçilərinə zəng:
+994{ mobil operatorun kodu}{ zəng etdiyiniz abunəçinin nömrəsi }
Nar Mobile abunəçisinə zəng:
+99470{ zəng etdiyiniz abunəçinin nömrəsi }
Tarif
Çıxan zənglərin qiymətləri:
Nar Mobile İnteraktiv Bələdçisinə, 777 nömrəsinə zəng edərək Nar Mobile Müştəri Xidmətləri Mərkəzinin əməkdaşı ilə əlaqə saxlayın və Beynəlxalq Rominq zamanı çıxan zənglər üçün cari tariflər haqqında məlumat alın.
Beynəlxalq rominq
Gələn zənglərin qiymətləri, AZN:
1-ci Rominq Zonası
|
|
Rəngarəng Zövqlər |
|
Məqsədə Doğru |
| Gündüz saatları (08.00-24.00, GMT+4) |
|
0.6 |
|
0.4 |
| Gecə saatları (00.00-08.00, GMT+4) |
|
0.4 |
|
0.3 |
2-3 Rominq Zonası
|
|
Rəngarəng Zövqlər |
|
Məqsədə Doğru |
| Gündüz saatları (08.00-24.00, GMT+4) |
|
1.0 |
|
0.45 |
| Gecə saatları (00.00-08.00, GMT+4) |
|
0.8 |
|
0.35 |
4-cü Rominq Zonası
|
|
Rəngarəng Zövqlər |
|
Məqsədə Doğru |
| Gündüz saatları (08.00-24.00, GMT+4) |
|
1.0 |
|
0.55 |
| Gecə saatları (00.00-08.00, GMT+4) |
|
0.8 |
|
0.45 |
|