Mən və Nar Mobile
Sizə rahat olanı seçin!
İstifadəsi çox asan olan bu sistemin köməyi ilə Nar Mobile abunəçiləri sərbəst surətdə və heç bir ödəniş olmadan xidmətləri siyahısını dəyişdirə və şəxsi hesablarını yoxlaya bilərlər.
Sistemlə işləmək üçün Nar Menyu Bələdçisi, İnteraktiv Bələdçi və Nar Mobile İnternet Bələdçisindən istifadə edin.
Mobil rabitədə bələdçiniz
Bu üç xidmətin hər biri unikal funksiyalara malikdir və real vaxt rejimində sərbəst olaraq hesabınız vasitəsi ilə müxtəlif əməliyyatlar aparmağa: profilinizi dəyişdirməyə ,sevimli nömrələrin təyin olunmasına, eləcə də ümumi məlumatlar və sairə daxil olmaqla cari kampaniyalar barədə məlumatın alınmasına imkan yaradır
Hesabınız haqqında tam məlumat.
Siz ödənilmiş məbləğin qalığı, son aylar ərzində edilən zənglər və onların dəyəri, cari dövrdə göstərilən xidmətlərin qiymətləri daxil olmaqla hesabınız haqqında tam məlumatları əldə etmək imkanına malik olacaqsınız.
Siz həmçinin hesabınız və ya digər abunəçinin hesabı üzrə fakturanı Nar Kart və ya kredit kartdan pul köçürməsi, şərti ödəniş (Tarif Planında nəzərdə tutulduğu halda) və öz hesabınızdan digər abunəçinin hesabına pul köçürülməsini aktivləşdirmə vasitəsi ilə ödəyə bilərsiniz;
Profiliniz haqqında tam məlumat.
İndi siz tələb olunan, lakin tarif planına daxil edilməmiş xidmətləri və ya alternativ surətdə əvvəllər aktivləşdirilmiş istifadə olunmayan xidmətləri ləğv edə bilirsiniz, bundan əlavə siz bizim təklif etdiyimiz daha cəlbedici plan ilə maraqlansanız cari tarif planını dəyişdirə bilərsiniz
Sevimli nömrələr haqqında tam məlumat.
İndi siz sevimli nömrələri təyin etmək və ya ləğv etmək imkanına maliksiniz. Sevimli nömrələrinizi unutduğunuz zaman siz sevimli nömrələrinizin siyahısını əldə edə bilərsiniz.
Kampaniyalarımız haqqında tam məlumat.
Bu bölmənin köməyi ilə siz keçirilən kampaniyalar və müsabiqələr haqqında məlumatı birinci əldə edə biləcəksiniz.
Haqqımızda.
Bütün yeniliklər,son xəbərlər, Nar Mobile ofislərinin ünvanları,tariflər,yığım qaydaları və digər məlumatları tam öyrənmək imkanına maliksiniz.
* Əlavə məlumat üçün mobil telefondan (Nar Mobile abunəçiləri) 777 nömrəsi və ya şəhər telefonlarından (digər şəxslər) (012) 4440777 nömrəsi ilə Nar Mobile Müştəri Xidmətləri Mərkəzinə zəng edin.
|