AZENRU
Vodafone
Ana səhifəSaytın xəritəsi
l
r

Web SMS

top

Bu xidmət avtomatik olaraq Nar Mobile şəbəkəsinin  bütün abunəçilərinə təmin olunmur

www.NarMobile.az  səhifəsinə daxil olaraq pulsuz web-mesajlar göndərə bilərsiniz. Gün ərzində 5 mesaj göndərmək olar.

Web-mesajın həcmi 160 işarədən (Latın əlifbasından istifadə olunduqda) və ya 70 işarədən (Kiril əlifbasından istifadə olunduqda) artıq olmamalıdır. Bu mesajlar yalnız Nar abunəçilərinə göndərilə bilər.

Web-mesaj xidmətini aşağıdakı üsullarla aktivləşdirmək olar:

  • Nar Menyu Bələdçisi - Nar Mobile menyusuna daxil olaraq tələb olunan addımı seçməklə;
  • Mən və Nar Mobile İnternet Bələdçisi - İnternet Bələdçi bölməsinə daxil olaraq qeydiyyatdan keçməklə
  • +web yazıb 777 nömrəsinə SMS göndərməklə;
  • Nar Mobile Mərkəzlərindən birinə müraciət etməklə.

Web-mesaj aşağıdakı formada qəbul olunacaq:
Kimdən: web-mesaj
Mesajın mətni: mesaj


Web-mesajın adresata çatdırıldığına əmin olmaq üçün mesajın göndərilməsindən sonra göndərilmə statusunun yoxlanılması linki ilə məlumat əldə edə bilərsiniz.

Xidmətin ləğv olunması ödənişsizdir. Xidməti aşağıdakı qaydada ləğv edə bilərsiniz:

  • Nar Menyu Bələdçisi - Nar Mobile menyusuna daxil olaraq tələb olunan addımı seçməklə;
  • Mən və Nar Mobile İnternet Bələdçisi - İnternet Bələdçi bölməsinə daxil olaraq qeydiyyatdan keçməklə;
  • -web yazıb 777 nömrəsinə SMS göndərməklə;
  • Nar Mobile Mərkəzlərindən birinə müraciət etməklə

Xidmətin aktivləşdirilməsi ödənişsizdir. SMS sorğu vasitəsi xidmətin aktivləşdirilməsinin qiyməti standart SMS qiymətinə bərabərdir.

* Göndərilmiş mesajların hesablanması fərdi IP ünvanına əsasən aparılır.


printerçap versiyası


bottom
© 2012 AZERFON LLC
youtube