Göndərdiyiniz fləş-mesaj adresatın mobil telefonunun ekranında dərhal görünür. Bu mesaj mobil telefonun yaddaşında saxlanılmır. Fləş-mesaj göndərmək üçün mətni aşağıdakı qaydada yazmaq lazımdır.
#flash#SMS
Bu SMS dərhal adresatın mobil telefonunun ekranında görünəcək, amma mobil telefonun yaddaşında saxlanılmayacaq (bəzi mobil telefon modelləri tələb olunan hallarda fləş-mesajı yaddaşda saxlama funksiyasına malikdir). Göndərilən fləş-mesajın həcmi Latın əlifbasının işarələri ilə (#flash# işarələri daxil olmaqla) 160 işarədən artıq olmamalıdır. Mesaj maksimum həcmdən artıq olduğu zaman icazə verilən standart həcm (#flash# işarələri daxil olmaqla 160 işarə) səviyyəsində göndərilir və artıq hissə ləğv olunur. Kiril əlifbası ilə tərtib olunan qısa mətn mesajlarının həcmi 70 işarə ilə məhdudlaşır.
Biz digər GSM operatoruna göndəriləcək fləş-mesajın çatdırılmasına zəmanət verə bilərik, amma fləş-mesajın ekranda görünməsi mobil telefonun modelindən asılı olaraq dəyişə bilər. Fləş-mesajın adresata çatdırıldığına əmin olmaq üçün mobil telefonun SMS ayarları menyusunda SMS-in adresata çatdırılması haqqında bildiriş funksiyasını aktivləşdirmək lazımdır.
Fləş-mesajın qiyməti adi SMS-in qiymətinə bərabərdir.
