Bu xidmət abunəçilərə hər zəngin və göndərilən hər qısa mesajın sonunda istifadə olunmuş və balansda qalan məbləğ haqda məlumatı mesaj şəklində almaq imkanı yaradır.
Xidməti aşağıdakı üsullardan biri vasitəsilə aktivləşdirmək olar:
- Nar Menyu Bələdçisi - Nar Mobile menyusuna daxil olun və tələb olunan addımı seçin;
- Nar Mobile Internet Bələdçisi - İnternet Bələdçi bölməsinə daxil olun, qeydiyyatdan keçin və xidməti aktivləşdirin;
- Nar Mobile Mərkəzləri - bizim mərkəzlərdən birinə müraciət edin.
Xidmətin ləğv olunması ödənişsizdir və aşağıdakı üsullardan biri vasitəsilə ləğv oluna bilər:
- Nar Menyu Bələdçisi - Nar Mobile menyusuna daxil olun və tələb olunan addımı seçin;
- Nar Mobile İnternet Bələdçisi - İnternet Bələdçi bölməsinə daxil olun, qeydiyyatdan keçin və xidməti ləğv edin;
- Nar Mobile Mərkəzləri - bizim mərkəzlərdən birinə müraciət edin. Mərkəzlər haqqında məlumat Nar Mobile Mərkəzləri bölməsində əldə oluna bilər.
Xidmətin aktivləşdirilməsi pulsuzdur.
