AZENRU
Vodafone
Ana səhifəSaytın xəritəsi
l
r

Xüsusi Xidmətlər

top

Nar Mobile korporativ müştəriləri üçün ümumi xidmətlərdən əlavə xwsusi xidmətlərdə təklif edir. Hal-hazırda korporativ müştərilər üçün yeni layihələrin üzərində çalışan komandamız yaxın zamanlarda yeni bizness həllərini xidmətinizə verəcəkdir.

Korporativ müştəri dəstəyi
Sizin hər hansı bir sualınız olarsa, yaxud da ixtisaslı şəxslə danışmaq istəsəniz, öz məhsullarımızı və xidmətlərimizi təqdim etmək üçün bizim Korporativ Satış üzrə Mütəxəssisimizi* dəvət etməyinizi razılıq hissi ilə qarşılayacağıq. Söz veririk ki, bunu biz sadə və heç bir stress olmadan həyata keçirəcəyik və bizim təcrübəli Korporativ Satış Nümayəndəmiz sizin Nar Mobile şəbəkəsinə qoşulduğunuz anadək hər bir addımınızda sizinlə olacaq. Sizin Nar Mobile Korporativ Tarif Planına qoşulmağınızdan dərhal sonra bizim Müştərilərlə İş üzrə mütəxəssislərimiz sizə köməklik göstərəcək. Bütün qoşulma prosesinin rəvan və mümkün qədər sizin, həmkarlarınız və işçi heyətiniz üçün heç bir problem olmadan keçməsi üçün onlar həmişə sizin yanınızda olacaqlar.

* Bu imkan, imzalanmış razılaşmaya və müqavilədə göstərilən şərtlərə əsaslanan hüquqi şəxsə Nar Mobile tərəfindən verilir.

 

Aylıq fakturaların göndərilməsi

Korporativ müştəri olmaq, sadə şəkildə ediləcək işlərlə bağlı zamana qənaət etmək deməkdir. Sizin rahatlığınız üçün, biz üç bölmədən ibarət bir ödəniş qaiməsini təqdim edirik. Bütün işçilərinizin mobil əlaqə üzrə sərf etdikləri informasiya toplusu daxil edilmiş hissə Bölmə 1 adlanır.

Konkret işçinizin məxaricləri haqda informasiyanı yoxlamaq zərurəti yarandıqda, sizin üçün çox asan olacaq, çünki qaiməyə həmin şəxs tərəfindən istifadə olunmuş xidmətlərin təsviri əlavə ediləcəkdir; Biz bu hissəni aylıq Fakturalar üzrə Bölmə 2 adlandırırıq. Hər iki faktura aylıq əsasda ödəniş etmədən göndərilir.

Yalnız çatdırılma növünü seçin: faks, kuryer və ya e-poçt vasitəsilə.

Müştəri olaraq, siz korporativ xərcləri daha aydın və təfsilatlı şəkildə başa düşmək üçün daha da irəli gedib, bütün zənglərinizə nəzarət edə bilərsiniz. Bu məqsəd üçün xahiş edildiyi zaman 3 AZN qiyməti olan və ya Bölmə 1-in zamanı aylıq sifariş əsasında hər Nar Mobile telefonu üçün yalnız 1 AZN dəyəri olacaq Bölmə 3-ü təqdim edirik.

Əgər siz yuxarıda göstərilən bütün sənədləri qısa zaman kəsiyində əldə etmək istəsəniz, biz onları sizə şəhərdaxili və ya ölkədaxili ərazilərə pulsuz, təcili sürətdə çatdıra bilərik.

 


printerçap versiyası


bottom
© 2012 AZERFON LLC
youtube