AZENRU
Vodafone
Ana səhifəSaytın xəritəsi
l
r

İnternet Ayarları

top

Nar 3G+ xidməti internetdən istifadə üçün sürətli və sərfəli üsuldur.

Bu xidmət üçün ayarlar Nar Mobile şəbəkəsinin Məqsədə Doğru və ya Xoş Xəbər tariflərindən istifadə edən abunəçilər üçün avtomatik təmin olunur.

Bütün hallarda qoşulmanın sürəti müxtəlif amillərdən asılı olacaqdır. Belə ki, İnternet 3G şəbəkəsinin əhatə dairəsində (Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şırvan, Gəncə, Mingəçevir, Naxçıvan, Şəki, Tovuz)* şəbəkə şəraiti, yerləşdiyiniz nöqtə (məsələn binanın növü), siqnalın gücü və şəbəkənin məşğulluğunun dərəcəsindən asılı olaraq  İnternetin sürəti 1.2 Mb/s qədər təmin olunur. Mobil şəbəkə bazalarından ötürülən maksimal sürət bu baza əhatəsində mövcud olan istifadəçilər arasında bölünür. Məhz buna görə biz Sizi daha yüksək sürətli İnternetlə təmin edirik ki, Siz şəbəkə istifadəçilərin sayı hətta çox olduğu təqdirdə belə yüksək sürətli İnternetdən yararlana biləsiniz.  

Əgər Siz 3G şəbəkəsinin əhatə dairəsindən kənara çıxsanız, xidmət avtomatik olaraq GPRS (2G) və ya EDGE (2.5G) şəbəkəsinə keçiriləcək və bu etdiyiniz zəngə və ya İnternetdən istifadənizə heç bir təsir göstərməyəcək. Bu hətta video və ya musiqi yüklədikdə və, yaxud, İnternet səhifələrinə daxil olduqda da baş verəcək, sadəcə sürət olduqca aşağı düşəcək. 

*Biz daim 3G şəbəkəmizi genişləndirib, təklif etdiyimiz İnternet xidmətinin keyfiyyətini təkmilləşdiririk. Şəbəkə genişləndikcə digər şəhərlər siyahıya əlavə olunacaqdır.

Xidmətin aktivləşdirilməsi
DATA və MMS xidməti aşağıdakı şəkildə aktivləşdirilir:

  • Nar Mobile İnternet Bələdçisi. İnternet səhifəsində müvafiq bölməyə  daxil olun, qeydiyyatdan keçin və göstərilən linklərə daxil olmaqla xidməti aktivləşdirin:
  • Fəaliyyətlər > Xidmət siyahısının dəyişdirilməsi;
  • Nar Menyu Bələdçisi, SİM kartın yaddaşında olan Nar Mobile Menyusuna daxil olun və göstərilən ardıcıllığa əməl edin:
  • Nar Mobile > Ayarlar > Xidmeti elave et > DATA-MMS;
  • Nar Mobile İnteraktiv Bələdçisi - sadəcə 777 nömrəsinə zəng edin, diqqətlə dinləyin və aşağıdakı düymələri basın

> 2 - Xidmətlər

>> 1 - Xidmətlərin əlavə olunması

>>> 2 - DATA və MMS xidmətinin əlavə olunması

>>>> YES - Danışığın sonu;

Ayaraların mobil telefona yüklənməsi

DATA və MMS xidmətindən istifadə etmək üçün Siz həmçinin mobil telefona DATA xidmətinin ayarlarını quraşdırmalısınız. Bu ayarları mobil telefonunuza müxtəlif üsullarla yükləyə bilərsiniz:

Mən və Nar Mobile İnternet Bələdçisi vasitəsi ilə DATA xidməti ayarlarının əldə olunması

  • Qeydiyyatdan keçin və Mən və Nar Mobile İnternet Bələdçisinə daxil olun;
  • Mobil telefon Ayarları bölməsini seçin;
  • Açılmış pəncərədə Mobil telefonun istehsalçısını (məsələn: Nokia ) seçin və İrəli düyməsini basın;
  • Açılmış pəncərədə Mobil telefonun modelini (məsələn: N70 ) seçin və İrəli düyməsini basın;
  • Açılmış pəncərədə Ayarların növünü (məsələn: NarDATA) seçin və İrəli düyməsini basın;
  • Açılmış pəncərədə yuxarıdakı xanaya şəkil üzərində verilmiş mətni aşağıdakı xanaya isə ayarların göndəriləcəyi telefon nömrəsini daxil edin (bu formatda: 070xxxxxxx ) və Ayarları daxil et düyməsini basın;
  • Birdən artıq ayarlar göndərmək istədiyiniz zaman Yenə göndər
  • Mobil telefonunuzun modelindən asılı olaraq ya ayarları ya da SMS alacaqsınız. Ayarları telefonda saxlayın (və ya SMS-i açın və ayarları saxlayın);
  • DATA xidməti ayarlarının yaddaşda saxlanılması zamanı PİN kod tələb olunduqda sadəcə 1234 kodunu daxil edin.

721 nömrəsinə SMS göndərməklə DATA xidmətinin ayarlarını əldə olunması

  • 721 qısa nömrəsinə SMS göndərin. SMS-də {Mobil telefonun istehsalçısı}{boşluq}{Mobil telefonun modeli},DATA göstərilməlidir (Məsələn: Nokia N70,DATA );
  • Mobil telefonunuzun modelindən asılı olaraq ya ayarları ya da SMS alacaqsınız. Ayarları telefonda saxlayın (və ya SMS-i açın və ayarları saxlayın);
  • DATA xidmətin ayarlarının yaddaşda saxlanılması zamanı PİN kod tələb olunduqda sadəcə 1234 kodunu daxil edin.

Nar Menyu Bələdçisi vasitəsi ilə DATA xidmətin ayarlarını əldə olunması .

  • Nar Menyu Bələdçisinə daxil olun: Mən və Nar Mobile > Əyləncə > DATA və MMS ayarları . Aşağıdakıları göstərməklə mətni daxil edin: {Mobil telefonun istehsalçısı}{boşluq}{Mobil telefonun modeli} (Məsələn: Nokia N70 );
  • Mobil telefonunuzun modelindən asılı olaraq ya əlverişli olan bütün ayarları ya da bir neçə SMS alacaqsınız. Bütün ayarları telefonda saxlayın (və ya bütün SMS-ləri açın və ayarları saxlayın);
  • DATA xidməti ayarlarının yaddaşda saxlanılması zamanı PİN kod tələb olunduqda sadəcə 1234 kodunu daxil edin.

Siz bu xidməti mobil telefonda olan menyudan istifadə etməklə quraşdıra bilərsiniz.

Əməliyyat tamamlandıqdan sonra telefonu söndürməyi və təkrar işə salmağı unutmayın.

Əgər Siz DATA xidmətini aktivləşdirmədən DATA xidməti ayarlarını sifariş etsəniz o zaman sonuncu işləməyəcək.

3G texnologiyası ilə təmin olunmuş mobil telefona malik olan bütün Nar Mobile abunəçiləri 3G xidmətindən istifadə edə bilər. Bunun üçün sadəcə DATA xidmətini aktivləşdirmək və telefonda DATA, WAP və MMS ayarlarını quraşdırmaq lazımdır.

Tarif

DATA xidmətinin aktivləşdirilməsi artıq PULSUZDUR.


printerçap versiyası


bottom
© 2012 AZERFON LLC
youtube