AZENRU
Vodafone
Ana səhifəSaytın xəritəsi
l
r

Zəngin Yönləndirilməsi

top

Zəngin yönləndirilməsi xidməti daxil olan zənglərin digər nömrəyə yönləndirilməsinə imkan yaradır. Sizin nömrənizə daxil olam zənglər şəhər xəttinə, digər mobil nömrəsinə və ya səsli poçta yönləndirilə bilər. Bu xidmətin aktiv olması telefonunuzdan zəng edilməsi üçün maneə yaratmır.

Zəngin yönləndirilməsi xidməti bütün Nar abunəçiləri üçün avtomatik olaraq təmin edilir.

Zəngin yönləndirilməsi ödənişli xidmətdir. Tarifə əsasən bütün yönləndirilmiş zənglər üçün haqq yönləndirilmə istiqamətinə çıxan zənglər kimi tutulacaq.

İstifadə qaydası
4 növ zəng yönləndirilməsi mövcuddur:

• Tam yönləndirmə
• Cavab olmadıqda zəngin yönləndirilməsi
• Abunəçiyə zəng çatmadıqda zəngin yönləndirilməsi
• Telefon məşğul olduqda zəngin yönləndirilməsi

Tam yönləndirmə:
Tam yönləndirmə gələn bütün zənglərin müəyyən edilmiş nömrəyə yönləndirilməsini təmin edir və bu zaman telefon zəng qəbul etmir. Bu xidmət telefon söndürüləndə işlək olur. Tam yönləndirmə xidməti aktivləşdiriləndə digər aktivləşdirilmiş xidmətlər avtomatik olaraq ləğv edilir. Daxil olan zəngləri qəbul etmək üçün bu xidmət ləğv edilməlidir.

Aktivləşdirmə: **21*{telefon nömrəsi}#YES
Xidmətin statusunu yoxlama: *#21#YES
Xidmətin ləğv edilməsi: #21#YES

Cavab olmadıqda zəngin yönləndirilməsi:
Siz təyin edəcəyiniz intervallarda (5, 10, 15, 20, 25 və ya 30 saniyə) telefona cavab vermirsinizsə, zəng müəyyən edilmiş nömrəyə yönləndiriləcək. Bununla belə, Siz interval təyin etmirsinizsə, sistem 30 saniyə intervalını quracaq, digər interval seçimləri telefonun menyusundan seçilə bilər.

Aktivləşdirmə: **61*{telefon nömrəsi}#YES
Xidmətin statusunu yoxlama: *#61#YES
Xidmətin ləğv edilməsi: #61#YES

Abunəçiyə zəng çatmadıqda və ya telefon məşğul olduqda zəngin yönəldilməsi:
Bu xidmət Siz əhatə dairəsindən kənarda olduqda və ya telefonu söndürdükdə gələn zənglərin müəyyən edilmiş nömrəyə yönəldilməsini təmin edir. Abunəçi telefonu söndürdükdə, zənglər adi qaydada qəbul edilir.

Aktivləşdirmə: **61*{telefon nömrəsi}#YES
Xidmətin statusunu yoxlama: *#62#YES
Xidmətin ləğv edilməsi: #62#YES

Mobil telefon məşğul olduqda zəngin yönləndirilməsi:
Zəngi qəbul edən kimi dərhal YES düyməsini basırsınızsa və ya telefonunuz məşğuldursa, gələn zənglər müəyyən edilmiş nömrəyə yönəldilir.

Aktivləşdirmə: **67*{telefon nömrəsi}#YES
Xidmətin statusunu yoxlama: *#67#YES
Xidmətin ləğv edilməsi: #67#YES

Zəngin yönləndirilməsinin bir neçə növünü seçdiyiniz zaman əsas yönləndirmə rejimi kimi tam tönləndirilmə işləyəcək.
Zəngləri yönləndirilməsi üçün seçilən nömrə beynəlxalq zəng formatında daxil edilməlidir:
{ölkə kodu}{şəhər və ya mobil operatorun kodu}{telefon nömrəsi}

Yeni yönləndirməni aktivləşdirmək üçün əvvəlkini ləğv etməli və sonra yenisini aktivləşdirməlisiniz.
Bütün növ yönləndirməni ləğv etmək üçün mobil telefonun ekranında aşağıdakı şifrəni yığmaq olar: ##002#YES


printerçap versiyası


bottom
© 2012 AZERFON LLC
youtube