AZENRU
Vodafone
Ana səhifəSaytın xəritəsi
l
r

Xətdə Gözləmə / Xətdə Saxlama

top
Xətdə gözləmə
Xətdə gözləmə ximdəti Sizə mobil telefon ilə danışan zaman eyni zamanda digər zəngi qəbul etmək imkanı verir. Bu zaman Siz xüsusi bir siqnal eşidəcək və kiminsə Sizə zəng etməyə çalışdığını müəyyən edəcəksiniz. Bu arada Sizə zəng edən şəxs adi zəng siqnalları eşidəcək.

 

Xətdə saxlama
Bu xidmət vasitəsilə Siz danışdığınız şəxsi xətdə saxlaya və ikinci bir şəxslə danışa bilərsiniz. Xətdə Saxlama xidməti birinci şəxsi xətdə saxlamaqla, digər nömrəni yığmağa da imkan verir.

Xidmətləri mobil telefon menyusu vasitəsilə aktivləşdirmək olar. Aktivləşidirmədən öncə mobil telefonun bu xidmətləri dəstəklədiyinə əmin olmalısınızş

Xətdə gözləmə / Xətdə saxlama xidmətini eyni zamanda aşağıdakı üsullar vasitəsilə də aktivləşdirmək olar:

Aktivləşdirmə: *43#YES
Xidmətin statusunu yoxlama: *#43#YES
Xidmətin ləğv edilməsi: #43#YES

Xətdə gözləmə rejiminin aktivləşdirilməsi məşğul statusu ilə əlaqədar olaraq Zəngin yönləndirilməsi xidmətini ləğv edəcək.

Xətdə gözləmə və Xətdə saxlamanın idarə edilməsi
Siz mobil telefonla danışan zaman ikinci şəxsin zəngini qəbul edirsinizsə:

  • Ton siqnalını rədd edə və danışığa davam edə bilərsiniz
  • 0 YES düymələrini basmaqla gələn zəngləri rədd edə bilərsiniz (bu halda zəng edən şəxs məşğul tonunu eşidəcək).

Məşğul statusu ilə əlaqədar Zəngin yönləndirilməsi xidməti aktiv olan zaman zəng edən ikinci şəxsin zəngi avtomatik olaraq yönləndiriləcək.

1 YES düymələrini basmaqla aktiv danışığı yekunlaşdıra və Sizi xətdə gözləyən ikinci şəxslə danışa bilərsiniz.
2YES düymələrini basmaqla hazırda danışdığınız birinci şəxsi xətdə saxlayaraq Sizə zəng edən ikinci şəxslə danışa bilərsiniz.
1 və ya 2YES düyməsini basmaqla növbə ilə hər iki şəxslə danışa bilərsiniz.

Xətdə gözləmə və Xətdə saxlama xidmətlərindən istifadə pulsuzdur.


printerçap versiyası


bottom
© 2012 AZERFON LLC
youtube