AZENRU
Vodafone
Ana səhifəSaytın xəritəsi
l
r

Səsli Mesaj

top

Siz daxil olan zəngə cavab verə bilmədikdə, onu Səsli mesaja yönləndirə bilərsiniz. Bu xidmət telefonunuzda 24 saat müddətində avtomatik saxlama funksiyasını yerinə yetirir. Bundan əlavə, Səsli mesajdan istifadə etməklə Siz şəhər xəttindən faks da qəbul edə bilərsiniz.

     Səsli mesaj xidməti aktivləşdirilən zaman Sizə zəng edən şəxs qeydə aldığınız şəxsi salamlama mesajını eşidəcək. Zəng edən şəxs siqnaldan sonra 60 saniyəyə qədər səsli mesajı yaddaşda saxlaya bilər. Siz istənilən an bu mesaja qulaq asa bilərsiniz. Səsli mesaj xidmətinin necə qurulmasından asılı olaraq Səsli mesaj haqqında bildiriş xüsusi işarə vasitəsi ilə mobil telefonun ekranına, mesaj kimi mobil telefona və ya elektron poçta göndərilə bilər. (Bunun üçün elektron poçt ünvanınız Nar Mobile Müştəri Xidmətləri Mərkəzində qeydə alınmalıdır).

Bu xidmət bütün Nar abunəçiləri üçün avtomatik olaraq təmin edilmir. Siz yalnız balansınızda vəsait olduğu zaman Səsli mesaj xidmətindən istifadə edə bilərsiniz.


Səsli mesaj xidmətini aşağıdakı qaydada aktivləşdirə bilərsiniz:

•  777 nömrəsinə zəng edin və Nar Mobile İnteraktiv Bələdçisinin təlimatlarına əməl edin;
•  Nar Mobile
İnternet Bələdçisindən istifadə edin;
•  Mobil telefonda Nar Mobile Menyusundan istifadə edin;
•  Nar Mobile Mərkəzlərinə müraciət edin.

     Səsli mesajdan istifadə etmək üçün Siz ilk öncə zəngləri +994702000707 nömrəsinə yönəltməlisiniz. Sonra mobil telefonunuzda 707 nömrəsini yığın və Nar Mobile İnteraktiv Səsli mesaj Bələdçisinin söylədiyi göstərişlərə əməl edin.

İstəyinizdən asılı olaraq Səsli mesaj xidmətinin aşağıda göstərilən funksiyalarından birini aktivləşdirə bilərsiniz:

Tam yönləndirilmə

Aktivləşdirmə: **21*{telefon nömrəsi}#YES
Xidmətin statusunu yoxlama: *#21#YES
Xidmətin ləğv edilməsi: #21#YES

Cavab olmadıqda zəngin yönləndirilməsi

Aktivləşdirmə: **61*{telefon nömrəsi}#
Xidmətin statusunu yoxlama: *#61#YES
Xidmətin ləğv edilməsi: #61#YES

Mobil telefon əhatə dairəsindən kənarda olduqda və ya söndürüldükdə zəngin yönləndirilməsi

Aktivləşdirmə: **62*{telefon nömrəsi}#YES
Xidmətin statusunu yoxlama: *#62#YES
Xidmətin ləğv edilməsi: #62#YES

Mobil telefon məşğul olduqda zəngin yönləndirilməsi

Aktivləşdirmə: **67*{telefon nömrəsi}#YES
Xidmətin statusunu yoxlama: *#67#YES
Xidmətin ləğv edilməsi : #67#YES

İstifadə qaydası
     Siz istənilən zaman Səsli mesaj xidmətinə mobil telefonunuzdan zəng edə bilərsiniz. Səsli mesaja qulaq asarkən Siz mesajı göndərən abunəçinin telefon nömrəsi, mesajın tarixi və vaxtı haqqında məlumat alacaqsınız. Faks mesajına gəlincə, Sizə mesajı göndərən abunəçinin telefon nömrəsi, mesajın tarixi və vaxtı, səhifələrin sayı haqqında məlumat çatdırılacaq. Əgər zəng edən abunəçi gizli nömrə xidmətindən istifadə edirsə və ya beynəlxalq xətdən zəng edirsə, mesaja qulaq asarkən Sizə abunəçinin telefon nömrəsi haqqında məlumat verilməyə bilər.

     Səsli mesaj poçt qutusu səsli və faks mesajlarının hər ikisinin yaddaşda saxlanılması, qəbul edilən mesajın növünün avtomatik aşkar edilməsi, vaxtı keçmiş mesajların avtomatik silinməsi, icazəsiz daxil olmanın qarşısının alınması, bir neçə dilin dəstəklənməsi kimi müxtəlif seçimlər təklif edir:

     Poçt qutusuna gələn mesajlara qulaq asmaq asandır. Siz əvvəlki mesajı silmədən yeni mesaja qulaq asa və ya yalnız başlığına qulaq asaraq mesajı silə bilərsiniz. Siz həmçinin təyin etdiyiniz telefon nömrəsi və ya elektron poçt ünvanı vasitəsilə yeni mesaj haqqında məlumat ala bilərsiniz.

Səsli mesajın idarə edilməsi

Mesaj bölməsini fərdi olaraq qurarkən özünüzü sərbəst hiss edin. Sizin xahişinizlə aşağıdakı ayarlara düzəliş edilə bilər:

Səsli mesajın dilinin seçilməsi;

  • Şəxsi salamlama mesajı;
  • Gələn mesajlar haqqında bildirişin aktivləşdirilməsi/ləğv edilməsi;
  • Mesajın çatdırılması bildirişinin növü (SMS, elektron poçt, mobil telefonun ekranında görünən xüsusi işarə);
  • Bildirişin göndərilməsi üçün telefon nömrəsinin və ya elektron poçt ünvanının göstərilməsi;
  • Bildirişin göndərilməsi üçün vaxtın göstərilməsi;
  • Mesajın başlığının göstərilməsinin vacibliyi.

Xidmətin ləğv edilməsi

Səsli mesaj xidmətinin ləğv edilməsi ödənişsizdir. Səsli mesaj xidmətini aşağıdakı qaydada ləğv edə bilərsiniz:

  • 777 nömrəsinə zəng edin və Nar Mobile İnteraktiv Bələdçisinin təlimatlarına əməl edin;
  • Nar Mobile İnternet Bələdçisindən istifadə edin;
  • Mobil telefonda Nar Mobile Menyusundan istifadə edin;
  • Nar Mobile Mərkəzlərinə müraciət edin.

 

     Səsli mesaj xidmətinin aktivləşdirilməsi ödənişsizdir. Səsli mesaj qutusuna yönləndirilən zəng istifadə etdiyiniz tarifin şərtlərinə uyğun olaraq şəbəkədaxili zəng kimi hesablanacaq.

     Səsli mesaj poçt qutusunda qeydə alınmış mesajlara qulaq asılması istifadə etdiyiniz tarifin şərtlərinə əsasən müvafiq istiqamətdə səsli zənglər üçün müəyyən olunmuş qiymətlər ilə hesablanır. Sizin üçün mesaj qeyd edən şəxs müvafiq istiqamətə etdiyi zənglərin haqqını səsli zənglər üçün istifadə etdiyi tarifin şərtlərinə uyğun olaraq ödəyəcək.

     Səsli mesaj İnteraktiv Bələdçisinə edilən zənglər istifadə etdiyiniz tarifə müvafiq olaraq şəbəkədaxili zənglər üçün müəyyən olunmuş qiymətlər ilə hesablanır. Faksın göndərilməsi üçün zəngin qiyməti tarifin şərtlərinə uyğun olaraq hesablanır.


printerçap versiyası


bottom
© 2012 AZERFON LLC
youtube