AZENRU
Vodafone
Ana səhifəSaytın xəritəsi
l
r

GizliNar

top

GizliNar xidməti ilə nömrəniz zəng etdiyiniz abunəçinin mobil telefonunun ekranında təyin edilmir. Bununla belə, beynəlxalq zənglər zamanı nömrənin təyin edilməməsinə zəmanət verilmir.

GizliNar xidməti bütün Nar abunəçiləri üçün avtomatik olaraq təmin edilmir.

­­­GizliNar xidmətini aşağıdakı kimi aktivləşdirə bilərsiniz:

  • Nar Mobile İnteraktiv Bələdçisi – diqqətlə qulaq asın və göstərişlərə əməl edin;
  • Nar Menyu Bələdçisi - Nar Mobile menyusuna daxil olun və tələb olunan addımı seçin;
  • Nar Mobile Internet Bələdçisi - İnternet Bələdçi bölməsinə daxil olun, qeydiyyatdan keçin;
  • Nar Mobile Mərkəzləri - bizim mərkəzlərdən birinə müraciət edin.

Xidməti aktivləşdirdikdən sonra istəyinizə uyğun olaraq nömrənizin göstərilməsini, yaxud gizlədilməsini seçə bilərsiniz.
Nömrənizin gizlədilməsini istəyirsinizsə, yığdığınız nömrənin əvvəlində #31# daxil edin.

Xidmətin ləğv edilməsi üçün bir neçə üsuldan istifadə edə bilərsiniz:

  • Nar Mobile İnteraktiv Bələdçisi – 777 nömrəsinə zəng edin və təlimatlara əməl edin;
  • Nar Menyu Bələdçisi - Nar Mobile menyusuna daxil olun və tələb olunan addımı seçin;
  • Nar Mobile İnternet Bələdçisi - İnternet Bələdçi bölməsinə daxil olun, qeydiyyatdan keçin və xidməti ləğv edin;
  • Nar Mobile Mərkəzləri - bizim mərkəzlərdən birinə müraciət edin

Tarif

  • GizliNar xidmətinin aktivləşdirilməsi haqqı tarifdən asılı olmayaraq 5 manatdır.
  • Xidmətdən aylıq istifadə haqqı 5 manatdır.Aylıq ödəniş cari ayda olan günlərin sayına bölünür və balansınızdan xidmətin aktivləşdirildiyi tarixdən başlayaraq gündəlik tutulur.
  • Xidməti gündə bir dəfədən çox aktivləşdirdikdə və ləğv etdikdə, aktivləşdirmə və aylıq istifadə haqqı hər aktivləşdirməyə görə bir gün üçün tutulur.
  • Xidməti ləğv etdikdə, balansınızdan aylıq ödənişin tutulması dayandırılır.
  • Xidmətin ləğv edilməsi ödənişsizdir.

printerçap versiyası


bottom
© 2012 AZERFON LLC
youtube