AZENRU
Vodafone
Ana səhifəSaytın xəritəsi
l
r

Xəbərdar Ol

top

Xəbərdar ol xidməti telefonunuz söndürülü və ya əhatə dairəsindən kənarda olduğu zaman daxil olan zənglər haqqında məlumat almağa imkan verir.
Xidməti aşağıdakı üsullarla aktivləşdirmək olar:

  • Nar Menyu Bələdçisi – Nar Mobile menyusuna daxil olun və tələb olunan addımı seçin;
  • Nar Mobile İnternet Bələdçisi - İnternet Bələdçi bölməsinə daxil olun, qeydiyyatdan keçin və xidməti aktivləşdirin;
  • Nar Mobile Mərkəzləri - bizim mərkəzlərdən birinə müraciət edin;
  • Xəbərdar ol İnteraktiv Bələdçisi –  nömrəsinə zəng edərək aşağıdakı bəndləri qura bilərsiniz:
  • Dairəvi xəbərdarlığı aktivləşdirmək;
  • Qara və ağ siyahılar;
  • Bildirişin göndərilməsi üçün nömrə (bildirişin göndərilməsi digər telefon nömrəsinə yönləndiriləndə);
  • Zənglərin çeşidlənməsi (zənglərin tarixi, sayı ilə).

Bu bildiriş üçün abunə nömrəsini özünüz seçin:

  • Telefon nömrənizin xətdə olmadığı müddətdə Sizə zəng edən abunəçilərə bildiriş mesajı (mobil telefonunuzu işə salan kimi həmin telefon nömrələrinə mesaj göndəriləcək);
  • Tərəfinizdən təyin edilmiş mobil telefon nömrəsinə bildiriş mesaj;
  • Tərəfinizdən təyin edilmiş elektron poçt ünvanına mesaj.

Bildirişin məzmununa aşağıdakılar daxildir:

  • Gələn zənglər (telefon nömrələri ilə);
  • Mobil telefonunuza hər bir abunəçi tərəfindən edilmiş zənglərin ümumi sayı;
  • Mobil telefonunuza hər bir abunəçi tərəfindən edilmiş zənglərin tarixi və vaxtı.

Xəbərdar ol xidmətini aktivləşdirmək üçün mobil telefonun menyusundan Zəngin yönləndirilməsi xidmətindən istifadə etməli və gələn zəngləri 717-yə yönləndirmək lazımdır;

Mobil telefonu işə salan kimi mesaj qəbul edəcəksiniz. Bir mesajda bir neçə zəng haqqında məlumat ala bilərsiniz. Gizli nömrə xidmətindən istifadə edən telefon nömrəsindən zəng qəbul etmişsinizsə, həmin telefon nömrəsi mesajda CLİR kimi göstərilir.

Dairəvi Xəbərdarlıq Bildirişi

Bu xidmətin ən yaxşı üstünlüklərindən biri odur ki, sistem buraxılmış zəngləri yoxlayır və zəng edən abunəçilərə Sizin zəng etdiyiniz abunəçi indi zəngləri qəbul edir bildirişini göndərir. Mesajın sonunda abunəçi Sizin telefon nömrənizi görə bilər. Seçiminizdən asılı olaraq Siz ağ və qara siyahı tərtib edə bilər, daha sonra isə Dairəvi Yoxlama Bildirişinin növünü seçə bilərsiniz:

  • Mənə yalnız ağ siyahıda olan telefon nömrələrindən gələn zəngləri  bildir, və yaxud
  • Mənə qara siyahıda olan telefon nömrələrindən başqa  zəng edən hər kəsi bildir;
  • Mənim telefon nömrəm bağlı olan müddətdə mənə zəng edən hər kəsi mənə bildir;
  • Heç birini bildirmə (avtomatik olaraq aktivləşdirilir).

Xəbərdar ol xidmətindən Rominq zamanı da istifadə mümkündür, lakin bu halda Sizə zəng edən şəxsin telefon nömrəsinin düzgün müəyyən edilməsinə zəmanət verilmir.

Gələn zəng Sizin telefon nömrənizə yönləndirilən zaman Siz həmin zəng haqqında məlumat ala bilməyəcəksiniz.

Mobil telefonunuzda bütün çıxan zənglər üçün Zənglərə qadağa xidmətini  aktivləşdirdiyiniz zaman bu xidmət işləməyəcək. Belə ki, bu zaman Xəbərdar ol xidmətini aktivləşdirsəniz belə, daxil olan zənglər haqqında mesaj almayacaqsınız.

Siz Xəbərdar ol xidmətini aşağıdakı üsullarla ləğv edə bilərsiniz:

  • Nar Menyu Bələdçisi – Nar Mobile menyusuna daxil olun və tələb olunan addımı seçin;
  • Nar Mobile İnternet Bələdçisi - İnternet Bələdçi bölməsinə daxil olun, qeydiyyatdan keçin və xidməti ləğv edin;
  • Nar Mobile Mərkəzləri - bizim mərkəzlərdən birinə müraciət edin.

Səsli Mesaj xidmətinə yönləndirmə daxil olmaqla hər hansı yönləndirmənin aktivləşdirilməsi Xəbərdar ol xidmətini ləğv edəcək.


Xidmətin aktivləşdirilməsi ödənişsizdir.
İstənilən tarif üçün Xəbərdar ol bildirişinin qiyməti 3 qəpikdir.

Dairəvi xəbərdarlıq bildirişi ödənişsizdir.
Xəbərdar Ol İnteraktiv Bələdçisinə edilən zənglər istifadə etdiyiniz tarifin şərtlərinə müvafiq olaraq şəbəkədaxili zənglər üçün müəyyən olunmuş tariflər ilə hesablanacaq.


printerçap versiyası


bottom
© 2012 AZERFON LLC
youtube