Konfrans zəng xidməti eyni vaxtda 5 abunəçinin bir-biri ilə danışmasına imkan yaradır. vasitəsilə buna nail olmaq mümkündür. Bu xidmət avtomatik olaraq bütün Nar abunəçiləri üçün təmin edilmir.
Konfrans zəng xidmətindən istifadə zamanı Siz yeni həmsöhbət dəvət edə və ya konfransdan ayıra bilərsiniz (belə halda digər iştirakçılar söhbətlərini davam etdirə biləcəklər). Siz həmsöhbətlərinizi xətdə saxlayaraq gələn zəngə cavab verə də bilərsiniz. Konfrans müddətində Siz mobil telefona, müəyyən xətt telefonuna, eləcə də xarici ölkələrə zəng edib konfransa həmsöhbətlər cəlb bilərsiniz.
Xidmətin aktivləşdirilməsi
Bu xidmətdən istifadə etmək üçün Siz *43#YES yığaraq Xətdə gözləmə / Xətdə saxlama xidmətini aktivləşdirməlisiniz. Mobil telefonunuzun Konfrans zəng xidmətinə uyğun olması vacibdir.
İstifadə qaydası
1. Həmsöhbətinizə adi rejimdə zəng edin;
2. Xətdə saxlama xidmətini aktivləşdirin, 2 və YES düymələrini basın;
3. 2-ci həmsöhbətə zəng edin (bu müddətdə 1-ci həmsöhbət xətdə gözləməlidir);
4. Konfrans zəngə başlamaq üçün 3 və YES düymələrini basın;
5. Konfransa daha bir həmsöhbət cəlb etmək üçün Xətdə saxlama rejimindən istifadə edin (2 və YESdüymələrini basın) 2 və 3 mərhələsini təkrar edin. Bu yolla Siz həmsöhbətlərin sayını 5-ə qədər artıra bilərsiniz;
6. Konfrans zəngi yekunlaşdırmaq üçün YES düyməsini basmaq kifayətdir;
7. Konfrans zəngin yalnız bir iştirakçısı ilə danışmaq istəyirsinizsə, əvvəlcə 2 düyməsini basın və sonra həmin iştirakçının sıra nömrəsini yığın.
8. Şəxsi söhbəti dayandırıb Konfrans zəngə qayıda bilərsiniz. Bunu etmək üçün 2 və YES düymələrini basmaqla Siz danışdığınız şəxsi xətdə saxlayır və Konfrans zəngin digər iştirakçıları ilə söhbətinizi davam etdirirsiniz;
9. Siz Konfrans zəng iştirakçılarından biri ilə söhbəti dayandırmaq istəyirsinizsə, əvvəlcə 1düyməsini basın və sonra həmin həmsöhbətin sıra nömrəsini yığın. Məsələn: 4-cü həmsöhbəti Konfrans zəngdən ayırmaq istəyirsiniz. Bunu etmək üçün 1, 4 və YES düymələrini basmaq kifayətdir.
Konfrans zəngi təşkil edən abunəçi zəngin istiqamətindən və tarifə müvafiq olaraq Konfrans zəngə dəvət edilmiş hər bir həmsöhbətin danışığının haqqını ödəyəcək.
