Zənglərə qadağa xidməti Sizə mobil telefonunuzdan zəng etməyi və/və ya zəng qəbul etməyi qadağan etməyə imkan verir.
Bu xidmət avtomatik olaraq bütün Nar abunəçiləri üçün təmin edilir.
Zənglərə qadağa üçün aşağıdakı seçimlər vardır:
1. Bütün daxil olan zənglərə qadağa
2. Bütün çıxan zənglərə qadağa
3. Bütün beynəlxalq zənglərə qadağa
4. Rominq müddətində ölkənizə edilən zənglərdən başqa bütün zənglərə qadağa
5. Rominq müddətində bütün zənglərə qadağa
İstifadə qaydası
Zənglərə qadağa xidmətindən istifadə etmək üçün daima öz şifrənizi daxil etməlisiniz (istənilən dördrəqəmli şifrə). Quraşdırılmış şifrə: 0000.
Şifrəni dəyişmək üçün
**03**{köhnə şifrə}**{yeni şifrə}*{yeni şifrə}*#YES daxil edin.
Zənglərə qadağa xidmətini mobil telefonun menyusunda, eləcə də aşağıdakı şifrələri yığmaqla aktivləşdirə bilərsiniz:
Bütün daxil olan zənglərə qadağa
Aktivləşdirmə: *35*{şifrə}#YES
Xidmətin statusunu yoxlama: *#35#YES
Xidmətin ləğv edilməsi: #35*{şifrə}#YES
Bütün çıxan zənglərə qadağa
Aktivləşdirmə: *33*{şifrə}#YES
Xidmətin statusunu yoxlama: *#33#YES
Xidmətin ləğv edilməsi: #33*{şifrə}#YES
Bütün çıxan beynəlxalq zənglərə qadağa
Aktivləşdirmə: *331*{şifrə}#YES
Xidmətin statusunu yoxlama: *#331#YES
Xidmətin ləğv edilməsi: #331*{şifrə}#YES
Rominq müddətində öz ölkənizə edilən zənglərdən başqa bütün zənglərə qadağa.
Aktivləşdirmə: *332*{şifrə}#YES
Xidmətin statusunu yoxlama: *#332#YES
Xidmətin ləğv edilməsi: #332*{şifrə}#YES
Rominq müddətində bütün zənglərə qadağa
Aktivləşdirmə: *351*{şifrə}#YES
Xidmətin statusunu yoxlama: *#351#YES
Xidmətin ləğv edilməsi: #351*{şifrə}#YES
Bütün növ qadağaların ləğv edilməsi
Bütün məhdudiyyətlərin ləğv edilməsi: #330*{şifrə}#YES
Zəngin yönləndirilməsi və ya Səsli mesaj xidməti aktiv olduğu zaman Zənglərə qadağa xidmətindən istifadə mümkün deyil.
Zənglərə qadağa xidmətinin aktivləşdirilməsi və ya dəyişdirilməsi pulsuzdur.
