AZENRU
Vodafone
Ana səhifəSaytın xəritəsi
l
r

Beynəlxalq Rominq

top

Rominq sizə ölkədən kənarda olduqda zəngləri qəbul etməyə və zəng etməyə, eləcə də, Nar Mobile şəbəkəsinin sizə təklif etdiyi digər xidmətlərdən istifadə etməyə imkan yaradır. Beynəlxalq Rominq olduğunuz müddətdə sizə gələn zənglər səfər etdiyiniz ölkənin şəbəkəsinə ötürüləcək.

Danışığınızın haqqı faktiki vaxta görə hesabınızdan tutulacağına görə siz Beynəlxalq  Rominqdə olan zaman da hesabınızı yoxlaya bilərsiniz.

Xahiş edirik, Beynəlxalq Rominq xidmətindən istifadə olunması imkanının səfər etdiyiniz ölkənin mobil operatorunun gücündən asılı olaraq məhdud olduğunu yadda saxlayasınız. Ona görə əvvəlcədən siz Müştəri Xidməti Mərkəzində səfər edəcəyiniz ölkədə mobil operatorun bu funksiyanı yerinə yetirə bilməsini yoxlamalısınız.

Beynəlxalq Rominq xidmətindən istifadə edərkən aparılan danışıqlar aşağıda qeyd olunan tariflər əsasında aparılır:

Tarif
Zonası
Daxil olan zənglər,
AZN/dəqiqə
Çıxan zənglər,
AZN/dəqiqə
Çıxan SMS,
AZN
Daxil olan SMS, AZN DATA trafik,
AZN/MB
1 0.5 1.25 0.25 0 6
2 1 1.5 0.5 0 12
3 1.5 2.5 0.75 0 16
4 2 3.5 1 0 20

 

 Tarif zonaları daxilində ölkələr siyahısı ilə aşağıdakı cədvəl vasitəsilə tanış ola bilərsiniz:

Tarif zonası Ölkələr
Zona 1 Avstriya, Belarus, Belçika, Birləşmiş Krallıq, Fransa, Qazaxıstan, Qırğızıstan, İtaliya, Macarıstan, Moldova, Niderland, Portuqaliya, Rusiya, Tacikistan, Türkiyə.
Zona 2 Almaniya, Estoniya, Gürcüstan, Kanada, İraq, Norveç,  Özbəkistan, Rumıniya, Ukrayna, Yəmən, Yunanıstan.
Zona 3 Albaniya, Bolqarıstan, Bosniya və Herzeqovina, Cənubi Afrika Respublikası, Çernoqoriya, Danimarka, Əfqanıstan, Finlandiya, İran, İrlandiya, İslandiya, İsveç, İsveçrə, İspaniya, Kipr, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Malta, Monako, Mozambik, Oman, Polşa, Sinqapur, Slovakiya, Sloveniya, Suriya, Toqo, Vyetnam.
Zona 4 ABŞ, Aruba, Banqladeş, BƏƏ, Braziliya, Burkina Faso, Çexiya, Çin, Dominikan Respublikası, Ekvador, El Salvador, Əlcəzair, Filipin, Qabon, Qambiya, Qana, Qatar, Qayana, Qvineya, Qvineya Bissau, Hindistan, Honduras, Honq-Konq, İndoneziya, İordaniya, İsrail, Jersi, Kamboca, Keniya, Keyp Verde, Kolumbiya, Koreya, Kot Divuar, Kuba, Küveyt, Madaqaskar, Makau, Malayziya, Maldiv adaları, Mauritus, Meksika, Mərakeş, Misir, Monqolustan, Namibiya, Niderland Antilla (Kürakao), Nigeriya, Pakistan, Panama, Papua Yeni Qvineya, Peru, Puerto Riko, Ruanda, Səudiyyə Ərabistan, Seneqal, Serbiya, Sudan, Surinam, Şri Lanka, Tanzaniya, Tayland, Tayvan, Trinidad və Tobaqo, Xorvatiya, Uqanda, Yamayka, Yaponiya, Yeni Zelandiya.

 

Qeyd: Yuxarıda göstərilən siyahıda olmayan ölkələrə səyahət edən abunəçilərin Müştəri Xidmətlərinə müraciət etmələri tövsiyə olunur.


printerçap versiyası


bottom
© 2012 AZERFON LLC
youtube