İndi regionlarda ünsiyyət daha sərfəli oldu! Çünki Nar Mobile Məkanı tarifi yeniləndi. Tarifə qoşulun və yerləşdiyiniz regiondan asılı olaraq şəbəkədaxili zənglər zamanı 1 dəqiqəsi cəmi 5 və ya 4 qəpiyə danışın!
Nar Mobile Məkanı tarifi çərçivəsində Azərbaycan 3 tarifikasiya zonasına bölünür:
Məkan 1: Bakı şəhəri və Abşeron yarımadasını əhatə edir.
Məkan 2: Ağcabədi, Şirvan (Əli Bayramlı), Bərdə, Göyçay, Gəncə, Cəlilabad, Yevlax, İmişli, Lənkəran, Mingəçevir, Naxçıvan, Sabirabad, Salyan, Sumqayıt, Xaçmaz, Şəmkir, Şəki, Şamaxı kimi iri şəhərləri əhatə edir.
Məkan 3: 1-ci və 2-ci tarifikasiya zonalarına daxil olmayan digər şəhər, kənd və rayonları əhatə edir.
Hansı tarif zonasında yerləşdiyiniz haqqında məlumat mobil telefonunuzun ekranında göstərilir.
Nar Mobile Məkanı tarifində təqdim olunan xidmətlər üçün qiymət cədvəli aşağıdakı kimidir:
|
Məkan 1 (qəpiklə) |
Məkan 2 (qəpiklə) |
Məkan 3 (qəpiklə) |
|
|---|---|---|---|
| Şəbəkədaxili zəngin 1 dəqiqəsi | 5 | 5 | 4 |
| Şəbəkəxarici zəngin 1 dəqiqəsi | 9 | 9 | 7 |
| Video zəngin 1 dəqiqəsi | 5 | 5 | 4 |
| Ölkədaxili SMS | 5 | 5 | 5 |
| Şəbəkədaxili MMS | 10 | 10 | 10 |
| Şəbəkəxarici MMS | 15 | 15 | 15 |
| İnternet (1 MB) | 15 | 15 | 15 |
| Mobil TV (1 MB) | 10 | 10 | 10 |
Nar Mobile Məkanı tarifinə qoşulmaq üçün aşağıdakı üsullardan birini seçmək olar:
-
Telefonun ekranında









yığmaq; - Nar Mobile Menyusu vasitəsilə;
- Nar Mobile İnternet Bələdçisi vasitəsilə;
- Nar Dünyası mağazalarına və Nar Mobile Mərkəzlərinə yaxınlaşmaq.
Nar Mobile Məkanı tarifindən çıxmaq üçün keçmək istədiyiniz yeni tarifin aktivləşdirmə üsullarından istifadə edə bilərsiniz.
Tarif çərçivəsində edilən istənilən zəngin birinci saniyəsi pulsuzdur. Bütün zənglər üçün hesablama intervalı 10 saniyədir.
14.02.2012-ci il tarixindən etibarən Məkan tarifi bağlanmışdır.
