Sərhərdsiz SMS Ünsiyyəti
Nar Mobile - Xoş sözlər göndər
Sizi əhatə edən insanlar ilə ünsiyyətdə olmaq və daim əlaqə saxlamaq üçün bir çox vasitələr mövcuddur. Bunun üçün ən yaxşı vasitələrdən biri mesaj xidmətidir və bu həqiqətən asandır.
Köhnə və funksional adi Qısa Mesaj Xidmətini təmin etməkdə davam edərək biz ünsiyyətinizi daha da rəngarəng etmək üçün Fleş SMS xidmətini təqdim edirik.
Web SMS xidmətindən istifadə edərək siz Nar Mobile şəbəkəsinin abunəçilərinin mobil telefonlarına birbaşa kompüterinizdən mətn mesajları göndərə bilər və hətta eyni anda 5 nəfərlə əlaqə yarada bilərsiniz.
İndi Elektron Poçt və SMS xidməti vasitəsi ilə mobil telefonunuzda elektron məktub qəbul edə və əksinə mobil telefonunuzdan elektron poçt ünvanına SMS göndərə bilərsiniz.
Xərclərinizə nəzarətin daha da rahat olması üçün Nar Mobile Balans Bildirişi xidmətini təklif edir. Bu xidmət vasitəsi ilə abunəçi müntəzəm olaraq Nar Mobile balansının vəziyyəti barədə məlumat alacaq.
Bilirik ki, əksər istifadəçilərə Transliterasiya xidməti gərək olacaq. Ünsiyyətin daha rahat olması üçün bu xidmətdən istifadə etməyinizi tövsiyə edirik.



