Biz bilirik ki, siz mobil rabitə xərclərinə nəzarət etmək istəyirsiniz və bu nəzarəti həyata keçirmək üçün sizə etdiyiniz zəngləri siyahısı, onların istiqaməti və müddəti barədə məlumat gərək olacaq. Bu nəzarətin həyata keçirilməsində sizə yardım etmək üçün biz sizə Zənglərin Açıqlamasını təqdim etməyə hazırıq. Zəngləri Açıqlaması tələb olunan zaman və abunə yolu ilə aylıq əsaslarda təqdim olunur.
Ödəniş
Abunəçi mobil rabitə xidmətlərinə görə ödənişi Nar Mobile Mərkəzlərində və müvəkkil banklar vasitəsilə, eləcə də müvəkkil bankların bankomatlarından plastik kartdan istifadə etməklə, və ya Nar Kart vasitəsi ilə həyata keçirə bilər. Tarif Planından asılı olmayaraq minimal ödənişin məbləği 1.00 AZN təşkil edir.
Abunə haqqı olmayan Tarif Planları üçün ödənişlərin istifadə müddəti
| Ödənişin məbləği | İstifadə müddəti | Nar Kart nominalı |
| 1.00 - 1.99 AZN | 0 gün | - |
| 2.00 - 50.00 AZN | 180 gün | 2 AZN, 5 AZN, 10 AZN, 20 AZN, 50 AZN |
| 50.01 AZN-dən çox | 180 gün | - |
Ödənişin istifadə müddəti qurtardıqda və Nar Mobile Məkanı, Rəngarəng Zövqlər və Həvəskar Tarif Planlarından istifadə edən Nar Mobile abunəçisi tərəfindən növbəti 90 gün ərzində heç bir balans artırılması həyata keçirilmədiyi halda, Nar Mobile nömrəsinə xidmət göstərilməsi dayandırılacaq. Nar Mobile nömrəsinə xidmət göstərilməsinin bərpa edilməsi üçün müəyyən olunmuş 90 gün ərzində (və ya abunəçi ilə bağlanmış Müqavilədə nəzərdə tutulan digər müddət ərzində) balansı artırmaq kifayətdir. Göstərilən müddətin bitməsinə qədər Nar Kart aktivləşdirilmədiyi və ya növbəti ödəniş həyata keçirilmədiyi təqdirdə, Nar Mobile nömrəsi və abunəçinin müqaviləsi leğv olunur.
Abunə haqqı olan Tarif Planları üçün ödənişlərin istifadə müddəti
Abunə haqqı olan Tarif Planların ödənişlərinin istifadə müddəti üçün məhdudiyyət qoyulmur. Məqsədə Doğru və Xoş Xəbər Tarif Planların istifadəçisi olan Nar Mobile abunəçisinin balansı kommersiya ödənişli hər hansı istiqamətdə zəng edilməsi üçün kifayət edəcək minimumdan az olan səviyyəyə çatdığı və növbəti 180 gün ərzində balansa əlavələr edilmədiyi halda Nar Mobile nömrəsinə xidmət olunması müvəqqəti dayandırılır. Nar Mobile nömrəsinə xidmətin bərpa olunması üçün yuxarıda göstərilmiş 90 gün müddətində (və ya müqavilə ilə müəyyən olunmuş digər müddət ərzində) balansı artırmaq kifayətdir. Abunəçi yuxarida göstərilən müddət ərzində balansını hər hansı bir ödəniş növü ilə artırmadığı halda, Nar Mobile nömrəsi və abunəçinin müqaviləsi leğv olunur.



