Qeyri-məhdud İnternet imkanlarından faydalanın
Nar Mobile – Sizin multimedia dünyanız
Nar Mobile müasir telefonlarda əlverişli olan DATA xidməti vasitəsi ilə sizə yanınızda kompüter olmadığı zaman İnternetdən istifadə etmək üçün sürətli və iqtisadi baxımdan sərfəli üsul təklif edir. Bundan əlavə siz telefondan noutbuk və ya stolüstü kompüter üçün adi modem kimi istifadə edə və Nar Mobile şəbəkəsinin əhatə dairəsi hüdudlarında istənilən yerdə İnternetə daxil ola bilərsiniz.
MMS xidməti vasitəsilə siz mobil telefonunuz ilə şəkillər çəkə və onları dərhal MMS funksiyasını dəstəkləyən mobil cihaza və ta elektron poçt ünvanlarına göndərə bilərsiniz. Bu SMS göndərilməsi kimi asandır – sadə və təcili.
DATA xidməti istənilən zaman harada olmağınızdan asılı olmayaraq məlumat əldə etmək imkanı verir. Beləliklə, siz elektron məktub göndərə və qəbul edə, İnternet şəbəkəsinə daxil ola, faylları telefona yükləyə və sairə əməliyyatları həyata keçirə bilərsiniz.
Biz xidmətlərin idarə olunmasını asanlaşdırmaq və sizin rahatlığınız üçün DATA xidməti ilə MMS xidmətini birləşdirərək vahid DATA və MMS xidməti yaratmışıq.
WAP harada olmağınızdan asılı olmayaraq mobil telefonda internet səhifələrinin açılması üçün ən asan və ən ucuz vasitədir. Mobil telefon online olduğu zaman siz Nar Mobile ilə sonsuz sayda WAP internet səhifələrini aça bilərsiniz.
Siz faks aparatı olmasa belə Nar Mobile şəbəkəsinin təklif etdiyi Faks xidmətindən istifadə etməklə Azərbaycanın istənilən nöqtəsindən faks göndərə bilərsiniz.
Artıq mobil telefonun yaddaşını köhnə MMS mesajları ilə yükləməyə ehtiyac qalmayacaq, çünki MMS Albom xidməti sayəsində mobil telefon ilə çəkdiyiniz şəkillər və dostlarınızın sizə göndərdiyi MMS mesajlar (qrafik şəkillər, polifonik melodiyalar, musiqi, animasiya kartları və sairə) virtual köməkçinizin yaddaşında saxlanıla bilər.
Mobil Modem xidməti ilə siz mobil telefonunuzdan noutbuk və ya kompüter üçün modem kimi istifadə edərək Nar Mobile şəbəkəsinin əhatə dairəsi daxilində istənilən yerdə İnternetə qoşula bilərsiniz.



