Zəng Xidmətləri

Hisslərinizi bölüşmək üçün danışın.
Nar Mobile – Xoş sözlərlə yaşayın.

Telefon zəngləri bir-birindən son dərəcə fərqlidir : vacib və qeyri-vacib, sadəcə söhbət bəhanəsi və işgüzar, gözlənilən və ya qəfil zənglər. Buna görə də biz zənglərin idarə edilməsi üçün çoxsaylı xidmətlər təklif edirik – zənglərinizi tələblərinizə uyğun idarə edin.

Ailəm tarif xidməti - bütün ailə üzvlərinə gün boyu öz aralarında ən ucuz tariflərlə ünsiyyətdə olmaq imkanını yaradan unikal bir xidmətdir.

Bəzən çox əhəmiyyətli bir zəng etmək istəyirsən, lakin ən lazımlı anda balansında vəsaitin olmadığını görürsən. Məyus olma! İndi hətta balansında vəsait olmayan vaxt da sən ünsiyyətdə olacaqsan! Vəziyyətdən çox rahat çıxış yolu var - Nar Mobile-dan Mənə Zəng Et xidməti.

Xəbərdar Ol xidməti vasitəsi ilə siz mobil telefonunuz söndürülən və ya əhatə dairəsindən kənar olduğu vaxtlarda gələn zənglər barədə məlumat ala biləcəksiniz. əlavə olaraq sizə zəng edən tərəf istəyinizdən asılı olaraq dairəvi məlumat əldə etmək imkanı qazanacaq.

Siz nömrənizin gizli olmasını və daimi olaraq naməlum şəxs olmaq istəyirsiniz? Daimi Naməlum Zəng xidməti telefon ilə zəng etdiyiniz zaman nömrənizin avtomatik olaraq gizlədilməsinə imkan verir.

Siz dostlarınızı təəccübləndirmək və ya nömrənizi naməlum adamlardan gizlətmək istəyirsiniz? Əgər belədirsə, Müvəqqəti Naməlum Zəng xidmətindən istifadə edin. Əgər zəng edərkən nömrənizi gizlətmək istəyirsinizsə, nömrəni yığmazdan əvvəl işarələrini daxil edin.

Zəngin Yönləndirilməsi xidməti vasitəsi ilə siz gələn zəngləri digər bir telefon nömrəsinə yönləndirə bilərsiniz - əgər mobil telefonunuzu vermədən sizə gələn zənglər dostunuz və ya həmkarınızın məşğul olmasını arzu etdiyiniz zaman ideal variantdır.

Xətdə Saxlama və Xətdə Gözləmə xidməti ilə siz birdən çox telefon zənginə cavab verə bilərsiniz. Əgər siz artıq telefon ilə danışırsınızsa Xətdə Gözləmə xidməti zəif çağrı tonları vasitəsi ilə digər bir abunəçinin sizə zəng etməyə cəhd etdiyini sizə bildirəcək. Xətdə Saxlama xidməti bir şəxsi xətdə saxlayaraq digər bir zəngi qəbul etmək imkanı yaradır.

Zənglərə Qadağa xidməti sizə gələn və ya mobil telefonunuzdan edilən müəyyən zənglərin (məsələn, beynəlxalq zənglər) məhdudlaşdırılmaq imkanı verir. Belə ki, siz bu xidmət sizə xərclərinizi azaltmağa və ya mobil telefonunuzdan digərlərinin kənar istifadəsinin qarşısını almaqda kömək edəcək.

Səsli Mesaj xidməti sizin üçün mesaj qəbul edəcək və siz həmin mesaja bir qədər sonra və ya azad olan kimi qulaq asa biləcəksiniz.

Konfrans Zəng xidmətindən istifadə etməklə siz 5 nəfər dostunuzla maraqlı bir məsələni müzakirə edə və ya biznes tərəfdaşlarınız ilə Konfrans Zəng təşkil edə bilərsiniz.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy