HomeSizin üçünRominq və Əhatə dairəsi Azərbaycana xoş gəlmisiniz!

Azərbaycana xoş gəlmisiniz!

Öz ölkəmi tərk etməmişdən əvvəl mən nə etməliyəm?

Ölkənizdə istifadə etdiyiniz şəbəkənin Nar Mobile (Azerfon MMC-nın ticarət nişanı) ilə rominq sahəsində tərəfdaşlıq əlaqələrinin olmasını dəqiqləşdirin.

Azərbaycana gəldikdə mən nə etməliyəm?
Azərbaycana gəldikdə mobil telefonunuzu işə salın və o, avtomatik olaraq siqnal axtarışına başlayacaq.

Nar Mobile şəbəkəsinin ilk seçilmiş şəbəkə olmadığı zaman, mobil telefonun Şəbəkə Axtarışı seçimindən istifadə edin. Mövcud şəbəkələri tapmaq üçün Əlverişli Şəbəkələr funksiyasından istifadə edin. Onu seçin və tapılmış şəbəkə siyahısında Nar Mobile şəbəkəsini seçin. (Bu ayarlar mobil telefonun modelindən asılı olaraq cüzi fərqlənə bilər).

Mobil telefonunuz siqnal qəbul etmədiyi zaman və ya hər hansı digər problemlər yaranarsa siz kömək üçün Azərbaycan Beynəlxalq Hava Limanında yerləşən Nar Mobile Mərkəzinə müraciət edə bilərsiniz.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy