Ölkədaxili Rominq

Bu xidmət avtomatik olaraq Nar Mobile şəbəkəsinin bütün abunəçiləri üçün təmin edilir

Əldəetdikləriniz
Nar Mobile əhatə dairəsini Azərbaycanın rayon və kənd ərazılərində genişləndirib, belə ki, mobil telefonunuzu əvvəlkindən daha geniş ərazidə istifadə edə bilərsiniz. Bu Ölkədaxili Rominq adlanır və müştərilərimiz üçün mobil telefonun əhatə dairəsini yaxşılaşdırmaq məqsədilə Nar Mobile şəbəkəsinin yenilik axtarmağının digər bir nümunəsidir.

Ölkədaxili Rominq yeni bir xidmətdir və Azərbaycanın regionlarında sizin üçün mobil telefonun daha yaxşı əhatə dairəsi ilə təminat olunması məqsədi ilə digər şəbəkə təminatçıları ilə birgə işləməyimizi nəzərdə tutur. Bu o deməkdir ki, Bakcell GSM şəbəkəsinin bizim əhatə dairəmizi tamamladığı müəyyən ərazilərdə siz mobil telefonla zəng edib-zəng qəbul edə bilərsiniz.

İstifadə qaydası
Rominq asandır. Şəbəkə avtomatik olaraq işə düşən kimi bir şey etməyə ehtiyacınız varmı?

Ölkədaxili Rominqdən istifadə edərkən siz modelindən asılı olaraq mobil telefonun ekranında Bakcell göstəricisini görə bilərsiniz, lakin narahat olmayın, bu o demək deyil ki, Bakcell sizə ödəniş hesabı göndərəcək. Bu yalnız o deməkdir ki, siz Nar Mobile əhatə dairəsindən çıxmısınız və sizin mobil telefon avtomatik olaraq Bakcell şəbəkəsinə qoşulub. Nar Mobile əhatə dairəsinə qayıdan kimi, sizin mobil telefon avtomatik olaraq doğma şəbəkənizə qoşulacaq.

Əgər siz telefonla danışarkən Nar Mobile əhatəsindən Ölkədaxili Rominq tələb edilən əraziyə çıxırsınızsa, sizin zənginiz kəsiləcək. Bu zaman siz danışdığınız nömrəni yenidən yığmalısınız və siz Bakcell şəbəkəsi vasitəsilə təkrar qoşulacaqsınız. Siz telefon zənginizi bitirənə qədər Bakcell şəbəkəsində qalacaqsınız, lakin hətta zənginiz sona çatandan sonra 30 dəqiqəyə qədər müddətdə şəbəkədə qala bilərsiniz. Bu, Nar Mobile şəbəkisinin əhatə dairəsinə qayıtdıqdan sonra da baş verə bilər.

Xahiş edirik, yadda saxlayasınız ki, sizin mobil telefon Bakcell şəbəkəsinə qoşulanda GPRS əsaslı xidmətlər öz şəbəkənizə qayıdana qədər fəaliyyətdə olmayacaq.

Tarif
Ölkədaxili Rominq xidməti ödənişsizdir. Ölkədaxili Rominqdən istifadə edərkən bütün xidmətlərinizin haqqı cari Nar Mobile Tarif Planına uyğun olaraq tutulacaq.

 

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy