Rominq müddətində çıxan zənglər:
Nar Mobile şəbəkəsinin abunəçilərinə zəng:
+99470{zəng etdiyiniz abunəçinin nömrəsi}
Azərbaycandakı şəhər xəttinə zəng:
+994{şəhər kodu}{zəng etdiyiniz abunəçinin nömrəsi}
Azərbaycandakı mobil operatorların abunəçilərinə zəng:
+994{mobil operatorun kodu}{zəng etdiyiniz abunəçinin nömrəsi}
Digər operatorun abunəçilərinə zəng:
+{ölkə kodu}{mobil operatorun kodu}{zəng etdiyiniz abunəçinin nömrəsi}
Rominqdə olarkən balansın artırılması
Beynəlxalq və ya Genişləndirilmiş rominqdə olarkən Nar Mobile abunəçiləri müxtəlif üsullardan istifadə edərək balanslarını artıra bilərlər.
Səfərə yola düşdükdə özünüzlə Nar Mobile şəbəkəsinin bütün Tarif Planları üçün vahid ödəniş vasitəsi olan Nar Kart götürün. Nar Kartların aşağıda sadalanan müxtəlif yüklənmə üsulları var.
- Mobil telefonda Nar Menyu Bələdçisinin Hesab bölməsindən istifadə edin;
- Mobil telefonun ekranında *777#11#{Nar Kartın şifrəsi}#
daxil edin; - www.NarMobile.az İnternet səhifəsində Nar Mobile İnternet Bələdçisindən istifadə edin;
- +994 70 200 07 77 nömrəsi vasitəsi ilə Nar Mobile İnteraktiv Bələdçisinə zəng edin;
- Nar Kartın şifrəsini SMS vasitəsi ilə 777 qısa nömrəsinə göndərin
Diqqət! Nar Mobile nömrəniz blok statusunda olan zaman balansınızı SMS vasitəsi ilə artırmaq mümkün olmayacaq.
yaxud digər Nar Mobile abunəçisinin balansını artırmaq üçün:
- Nar Menyu Bələdçisinin Hesab bölməsindən istifadə edin;
- Mobil telefonun ekranında
- *777#11#70{Nar Mobile abunəçisinin nömrəsi}#{Nar Kartın şifrəsi}#
daxil edin; - www.NarMobile.az İnternet səhifəsində Nar Mobile İnternet Bələdçisindən istifadə edin;
- +994 70 200 07 77 nömrəsi vasitəsi ilə Nar Mobile İnteraktiv Bələdçisinə zəng edin;
- 777 qısa nömrəsinə 70{Nar Mobile abunəçisinin nömrəsi}{Nar Kartın şifrəsi} mətni ilə SMS sorğu göndərin.
Diqqət! Xaricdə olarkən Nar Mobile İnternet bələdçisindən və SMS sorğu xidmətindən istifadə haqqı rominq tariflərinə uyğun olaraq hesablanacaq.
Diqqət! Nar Mobile nömrəniz blok statusunda olan zaman balansınızı SMS sorğu vasitəsi ilə artırmaq mümkün olmayacaq.
ödəniş məbləği hesabınıza keçdikdən sonra bu barədə bildiriş vasitəsi ilə məlumatlandırılacaqsınız. Nömrəniz blok statusunda olduğu halda belə balansınızı artıra bilərsiniz.
Diqqət! Göstərilən balans artırma üsullarından istifadə edərək Nar Kart şifrəsini üç dəfə yanlış daxil etdiyiniz zaman Nar Mobile nömrənizin balans artırma xətti bağlanacaq. Ətraflı məlumat üçün Nar Mobile Mərkəzlərinə müraciət etməyiniz xahiş olunur.
Rominqdə olarkən balansınızı öyrənin
Nar Mobile abunəçiləri Beynəlxalq rominqdə olarkən balanslarına müxtəlif üsullarla nəzarət edə bilərlər.
Siz həmçinin aşağıdakı üsullardan istifadə edə bilərsiniz:
- Nar Menyu Bələdçisinin Hesab bölməsindən istifadə edin;
- Mobil telefonun ekranında *777#10#
daxil edin; - 777 qısa nömrəsinə mətni ilə SMS sorğu göndərin
- www.NarMobile.az İnternet səhifəsində Nar Mobile İnternet Bələdçisindən istifadə edin;
Diqqət! Xaricdə olarkən Nar Mobile İnternet Bələdçisindən və SMS sorğudan istifadə olunması rominq tarif dərəcələrinə müvafiq surətdə hesablanacaq.
Genişləndirilmiş rominqdən istifadə zamanı hesablamaların real vaxt rejimində aparılmadığı səbəbindən balans haqqında məlumat müəyyən gecikmələrlə yeniləndiyi üçün qeyri-dəqiq ola bilər.
Nəzərə alın ki, sadalanan sorğuların istifadə haqqı rominq zamanı tətbiq olunan və aşağıda göstərilən tariflərə uyğun hesablanacaq.



