Genişləndirilmiş rominq zamanı giriş və çıxış zənglər beynəlxalq GSM şəbəkələrinə ötürülərək ölkədaxili zənglərdən fərqli tariflərlə hesablanır. Ətraflı məlumat üçün Nar Mobile Mərkəzlərinə müraciət etməniz tövsiyə olunur.
Çıxan zənglərin qiyməti
Səfər zamanı Nar Mobile nömrənizdən edilən zənglər şəbəkəsində olduğunuz operatorun tariflərinə uyğun olaraq hesablanır. Əksər ölkələrdə fərqli tarifləri olan bir çox mobil şəbəkələr mövcuddur. Sizin üçün daha sərfəli və əlverişli olan mobil şəbəkənin seçilməsi üçün Nar Mobile Mərkəzlərinə müraciət edərək həmin operatorların siyahısı ilə tanış olun.
Xarici operatorun şəbəkəsindən istifadə haqqı həmin operator tərəfindən hesablanaraq Nar Mobile a təqdim olunur, daha sonra isə Nar Mobile tərəfindən sizə hesab faktura təqdim olunur. Bəzi xarici operatorlar müştəri xidmətləri, məlumat xidmətləri və xüsusi xidmət nömrələrindən istifadəyə görə əlavə ödəniş tələb edir ki, bu nömrələrdən istifadə haqqı da müvafiq rominq danışıqları kimi hesablanır və ödənişə təqdim olunur.
777 Nar Mobile İnteraktiv Bələdçisinə zəng edərək Nar Mobile Müştəri Xidmətlərinə müraciət edin və rominq zamanı çıxış zəngləri üçün cari tariflər haqqında məlumat alın.
Gələn zənglərin qiyməti
Rominqdə olarkən Nar Mobile sizə edilən zəngləri istifadə etdiyiniz xarici operatorun şəbəkəsinə yönləndirir. Nəticədə siz daxil olan zənglərin beynəlxalq istiqamətə yönləndirmə haqqını ödəyirsiniz. Şəbəkəsində olduğunuz operatordan asılı olaraq daxil olan zəngləri qəbul etmək üçün əlavə ödəniş tələb oluna bilər.
Rominqdə olarkən Azərbaycandan sizə zəng edən şəxslərə xidmətdən istifadə haqqı yerli danışıq tarifləri ilə tətbiq olunur.
Gələn zənglərin qiyməti, AZN:
1-ci Rominq Zonası
| Genişləndirilmiş Rominq, AZN | Rəngarənq Zövqlər | Məqsədə Doğru |
| Gündüz saatları (08.00-24.00, GMT+4) | 0.60 | 0.40 |
| Gecə saatları (00.00-08.00, GMT+4) | 0.40 | 0.30 |
2-3 və 4-cü Rominq Zonaları
| Genişləndirilmiş Rominq, AZN | Rəngarənq Zövqlər | Məqsədə Doğru |
| Gündüz saatları (08.00-24.00, GMT+4) | 1.00 | 0.45 |
| Gecə saatları (00.00-08.00, GMT+4) | 0.80 | 0.35 |
Rominq üçün istifadə etdiyiniz operatordan asılı olaraq yuxarıda göstərilən tarif dərəcələrinə əlavə haqq tətbiq oluna bilər. Daha ətraflı məlumat üçün Nar Mobile Mərkəzlərinə müraciət edin.
Tarif Planından asılı olmayaraq gələn və çıxan zənglərdə tarifikasiya vaxt intervalı 1 dəqiqəyə bərabərdir.
| SMS | 1 SMS-in qiyməti |
| Çıxan | 0.06 |
| Gələn | 0.00 |
Genişləndirilmiş rominqdən istifadə zamanı rabitə xidmətlərindən istifadə haqqının hesablanaraq balansınızda əks olunması rominq partnyorlarımızdan məlumatın daxil olmasından asılıdır.
Rominq partnyorlarından məlumatların təqdim olunma müddəti 30 günə qədər ola bilər. Xaricə getməzdən əvvəl balansınızı artırarkən bunu nəzərə almanızı xahiş edirik.
Diqqət! Nar Mobile rominqdə olarkən ikiqat hesablamalara gətirə biləcək bütün yönləndirmə növlərini, o cümlədən Səsli Mesaj və Xəbərdar Ol xidmətlərini ləğv etməyinizi tövsiyə edir.



