Şəbəkənin Seçilməsi

Azərbaycan Respublikasının sərhədlərini tərk etdikdən sonra mobil telefonunuzu söndürüb, yenidən işə salın. Rominq şəbəkəsinin seçilməsi üçün müxtəlif üsullardan istifadə etmək olar. Lakin səfərə çıxmaqdan öncə Nar Mobile Mərkəzlərinə müraciət edərək şəbəkə seçimi üçün Nar Mobile tərəfindən tələb olunan əməliyyatlar haqqında ətraflı məlumat almanızı xahiş edirik.

Şəbəkənin avtomatik seçilməsi
Şəbəkənin avtomatik seçilməsi sizin mobil telefonunuzun ayarlarından asılıdır. Avtomatik şəbəkə seçimini aktiv etmək üçün mobil telefonunuzun yaddaş kitabçasına müraciət edin.

Digər ölkəyə çatdıqda mobil telefonunuz avtomatik olaraq GSM şəbəkəsini seçəcək və xəttiniz daxil olan və çıxış zənglər üçün açıq olacaq. Genişləndirilmiş rominq zamanı istifadə oluna biləcək xidmətlərin siyahısını əldə etmək üçün Nar Mobile Mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Mobil telefonunuz avtomatik olaraq şəbəkə seçimi etdikdə səfər etdiyiniz ölkənin operatorları siyahısından ixtiyari birini və yaxud daha güclü şəbəkə siqnalı olan operatoru seçəcək. Səfərə çıxmazdan öncə səfər edəcəyiniz ölkədə daha məqsədəuyğun operator haqqında məlumat üçün Nar Mobile Mərkəzlərinə müraciət edin və həmin ölkədə menyu vasitəsi ilə həmin operatorun şəbəkəsini seçin.

Şəbəkənin sərbəst seçilməsi
Mobil telefonunuzda menyu vasitəsi ilə şəbəkə seçimi üçün*:

  • Cihazın menyusuna daxil olun;
  • Cihazın modelindən asılı olaraq “Ayarlar” və ya “Qoşulma” bölümünü seçin;
  • “Şəbəkə seçimi” və ya “Mobil şəbəkə” bölümlərinə diqqət edin;
  • “Axtarış” və ya “Sərbəst seçim” bölümlərindən birini seçin cihaz bütün mümkün şəbəkələrinin siyahısını təqdim edəcək;
  • Təqdim olunan operatorlar siyahısında üstünlük verdiyiniz operatorun şəbəkəsini seçin.

* Daha ətraflı məlumat üçün mobil telefonunuzun yaddaş kitabçasına müraciət edin.

Mobil telefonunuz seçdiyiniz operatorun şəbəkəsinə qoşulduqdan sonra giriş və çıxış zəngləriniz həmin operatorun tariflərinə uyğun olaraq hesablanacaq. Mobil telefonunuz seçdiyiniz operatorun şəbəkəsində qalacaq və həmin operatorun əhatə dairəsindən kənar olduğunuz ərazilərdə belə digər şəbəkələrin axtarışını həyata keçirməyəcək.

Tarif dərəcələrindən xəbərdar olun
Cihazın menyusundan avtomatik şəbəkə seçimi funksiyası aktiv olduğu halda mobil telefonunuz mövcud şəbəkənin əhatə dairəsindən kənara çıxdıqda təkrar şəbəkə seçiminə cəhd edərək müxtəlif operatorların şəbəkələrini seçə bilər. Beləliklə rominq zamanı etdiyiniz zənglərin, göndərdiyiniz SMS-lərin, və yaxud istifadə etdiyiniz digər mobil rabitə xidmətlərinin dəyəri səfər etdiyiniz ölkədə seçilən operatordan asılı olaraq fərqlənə bilər.

Xaricə getməzdən əvvəl
Səfər edəcəyiniz ölkədə seçəcəyiniz şəbəkənin dalğa tezliklərinin sizin mobil telefonunuzla uyğunluğunu və ölkənin enerji şəbəkəsinin gərginliyinə uyğun olaraq müvafiq adapter götürün.

Səfərə getməzdən öncə gedəcəyiniz ölkədə Genişləndirilmiş rominq sazişlərimiz olan partnyorlarımızın siyahısını əldə etmək üçün Nar Mobile Mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur. Müraciətinizdən asılı olaraq onlar hansı təlimatlara əməl olunması barədə məlumat verəcəklər. Nar Mobile Mərkəzləri haqqında məlumatı Nar Mobile İnteraktiv Bələdçisi, Nar Menyu Bələdçisi vasitəsi ilə və ya www.NarMobile.az internet səhifəsinə daxil olmaqla əldə edə bilərsiniz.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy