Genişləndirilmiş Rominq

Bu xidmət avtomatik olaraq Nar Mobile şəbəkəsinin bütün abunəçiləri üçün təmin edilmir

Siz mobil telefonu ölkələrin çoxunda istifadə edə bilərsiniz. Genişləndirilmiş Rominqdə olan müddətdə telefon nömrəniz sizə zəng edən hər kəs üçün eyni olaraq qalır. Genişləndirilmiş Rominq müddətində sizin səfər etdiyiniz ölkənin şəbəkəsində qeydiyyatdan keçmək asandır. Siz hesabınıza vəsait köçürmədən xaricə səfər edə bilərsiniz. Sizin danışığınızın haqqı faktiki vaxta görə hesabınızdan tutulacağına görə Genişləndirilmiş Rominqdə olan zaman hesabınızı yoxlaya bilərsiniz.

Bizim Nar Mobile Müştəri Xidməti Mərkəzinə gedərək səfər edəcəyiniz ölkədəki Genişləndirilmiş Rominq xidmətləri barədə lazımi məlumatı və Genişləndirilmiş Rominq xidmətini aktivləşdirmək üçün nə lazım olduğunu öyrənin..

Səfər edəcəyiniz ölkədəki seçilmiş şəbəkənin dalğa tezliklərinin sizin mobil telefona uyğun gəldiyini və səfər edəcəyiniz ölkənin enerji şəbəkəsinin eyni gərginliyə malik olub-olmamasını yoxlayın və müvafiq adapter götürün.

Xidmətin aktivləşdirilməsi
Genişləndirilmiş Rominq xidmətini aktivləşdirmək üçün xaricə getməzdən əvvəl Müştəri Xidməti Mərkəzinə müraciət edin. Sizə həm də səfər etdiyiniz ölkənin şəbəkəsində qeydiyyat qaydaları barədə məlumat veriləcək.
Genişləndirilmiş Rominqi aktivləşdirmək üçün hesabınızda istifadə etdiyiniz Tarif Planında rominqə qoşulma üçün müəyyən edilmiş minimum məbləğ olmalıdır.

Xidmətin idarə edilməsi

Genişləndirilmiş Rominq müddətində çıxan zənglər:

Azərbaycandakı şəhər xəttinə zəng:

+994{şəhər kodu}{zəng edilən abunəçinin nömrəsi}

Azərbaycandakı mobil operatorların abunəçilərinə zəng:

+994{ mobil operatorun kodu}{ zəng edilən abunəçinin nömrəsi }

Nar Mobile abunəçisinə zəng:

+99470{ zəng edilən abunəçinin nömrəsi }

Tarif
Çıxan zənglərin qiymətləri:
Nar Mobile İnteraktiv Bələdçisinə, 777 nömrəsinə zəng edərək Nar Mobile Müştəri Xidmətləri Mərkəzinin əməkdaşı ilə əlaqə saxlayın və Genişləndirilmiş Rominq zamanı çıxan zənglər üçün cari tariflər haqqında məlumat alın.

Gələn zənglərin qiymətləri, AZN:
1-ci Rominq Zonası

Rəngarəng Zövglər Məqsədə Doğru
 Gündüz saatları (08.00-24.00, GMT+4) 0.6 0.4
 Gecə saatları (00.00-08.00, GMT+4) 0.4 0.3

2-3 Rominq Zonası

Rəngarəng Zövglər Məqsədə Doğru
 Gündüz saatları (08.00-24.00, GMT+4) 1.0 0.45
 Gecə saatları (00.00-08.00, GMT+4) 0.8 0.35

4-cü Rominq Zonası

Rəngarəng Zövglər Məqsədə Doğru
 Gündüz saatları (08.00-24.00, GMT+4) 1.0 0.55
 Gecə saatları (00.00-08.00, GMT+4) 0.8 0.45

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy