HomeSizin üçünRominq və Əhatə dairəsi Azərbaycanda əhatə dairəsi

Azərbaycanda əhatə dairəsi

Hal-hazırda Nar Mobile şəbəkəsinin əhatə dairəsi Azərbaycan Respublikası ərazisinin 80%-ni əhatə edir.* İlkin mərhələdə bu əhatə dairəsi Nar Mobile şəbəkəsinin öz əhatə dairəsindən və avtomatik olaraq aktivləşdirilmiş Ölkədaxili Rominq xidmətindən ibarət olacaq. Lakin Nar Mobile müntəzəm olaraq öz şəbəkəsinin əhatə dairəsini genişləndirir və bu fəaliyyətin son hədəfi Ölkədaxili Rominq olmadan Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməkdir.

İşarələr:

Nar Mobile Mərkəzləri Bu işarə ilə Nar Mobile Mərkəzlərinin yerləşdiyi şəhərlər göstərilir;
2.75G əhatə dairəsi 2.75G əhatə dairəsi: bu əhatə dairəsi çərçivəsində digər mobil rabitə xidmətləri ilə yanaşı GPRS/EDGE texnologiyasına əsaslanan xidmətlər (məsələn, Mobil TV, Mobil Internet, MMS, Mobil Modem və sairə) fəaliyyət göstərir;
2G əhatə dairəsi 2G əhatə dairəsi: bu əhatə dairəsi çərçivəsində mobil rabitənin ZəngSMS xidmətləri fəaliyyət göstərir.


Xəritə haqqında:

Diqqət! Mövcud xəritələrin hazırlanmasında ən yüksək standartların tətbiq olunmasına baxmayaraq, xəritələrin 100% dəqiq olmasına zəmanət verilmir. Bundan əlavə, Nar Mobile şəbəkəsinin nəzarəti çərçivəsində olmayan bir sıra amillər də mövcud ola bilər ki, həmin amillərin təsiri nəticəsində müəyyən ərazilərdə əhatə dairəsi fərqli ola bilər. Məsələn, telefonun istehsal tarixi və növü, yerli hava şəraiti və rabitəni zəiflədə biləcək şərtlər olan yerlərdə (məsələn, zirzəmilər, liftlər, yeraltı qarajlar, qalın beton divarları olan binalar və yol kəsişmələri) dalğa qəbulunun çətinləşməsi siqnalın itməsi və ya rabitədə fasilələrə səbəb ola bilər.

* Aktivləşdirilmiş Ölkədaxili rominq ilə.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy