Səsli Çat 3300

Mobil səsli çatda onlayn ünsiyyətdə olun!

Yeni dostlar axtarırsan? Macəra axtarırsan? Şən ünsiyyət arzusundasan?
Onda səsli çatda görüşək! Mobil telefonunuzda 3300 yığın və siz bütün gün ərzində qaynar diskussiyaların getdiyi, mübahisələrin dayanmadığı, insanların maraqlı həmsöhbətlər tapdığı və real vaxt rejimində ünsiyyətdən həzz aldığı bir yerə düşəcəksiniz.
Hər şey çox sadədir. 3300 qısa nömrəsinə zəng edin, çat otağını seçin və danışın! Bir otaqda 10 nəfərə qədər adam ola bilər.

Biz sizə 6 çat-otağı təklif edirik:

  Flirt yığın və ya birbaşa -
  Yumor yığın və ya birbaşa -
  Kino və musiqi yığın və ya birbaşa -
  İdman yığın və ya birbaşa -
  Avto yığın və ya birbaşa -
  Hər şey haqqında yığın və ya birbaşa -

  • düyməsini basdığınız zaman siz çatdan istifadə barədə təlimatlara qulaq asa bilərsiniz.
  • düyməsini basdığınız zaman siz FUN2MASS səsli əyləncəli məlumat portalına keçəcəksiniz.

Çat bütün gün boyu, bayram və istirahət günləri daxil olmaqla həftənin yeddi günü işləyir.

Çat otaqlarının açıqlanması.

  Flirt
Burada siz tanımadığınız insanlar ilə bir-birinizə şirin komplimentlər göndərə bilərsiniz! Vəziyyət hər dəqiqə keçdikcə gərginləşəcək! Kim bilir – bəlkə də telefonda zərərsiz bir flirt sizin real həyatda daha ciddi münasibətlər qurmağınıza səbəb olacaq?
 
  Yumor
Zarafat etmək, təzə bir lətifə və ya gülməli hadisə danışmaq istəyirsiniz? Bura sizin gülüş hissinizə layiqincə qiymət verəcəklər. Ona hazır olun ki, çox şeyə və ürəkdən gülmək lazım gələcək!
 
  Kino və musiqi
Siz meloman və ya kinomansınız? Sizə oxşar olanlar ilə tanış olmaq istəyirsiniz? Onda “kino və musiqi otağına” daxil olun. Burada siz nəinki kino və musiqi sənayesindəki yenilikləri müzakirə edə, eləcə də çoxdan artıq klassika hesab olunan şeyləri də yada sala biləcəksiniz.
 
  İdman
Sevimli komandanın oyunları bitdi? Siz sizi dəqiq başa düşə biləcək insanlar ilə təəssüratlarınızı bölüşmək istəyirsiniz? Bu otaq siz və dostlarınız üçündür. Müzakirə edin, mübahisə edin, azarkeşlik edin!
 
  Avto
Bu otaq yalnız əsl kişilər üçündür! Avtomobili “ayaqdan başa” müzakirə edin – doğrudan da burada qadınların yeri yoxdur! Təcrübənizi, maraqlı hadisələri – sizin sevimli dəmir atınız ilə bağlı olan hər şeyi paylaşın.
 
  Hər şey haqqında
Digər otaqlarda sizi maraqlandıran mövzu tapmadınız? Ruhdan düşməyin! Bu otaqda sizi sizə bənzər insanlar ilə tanış olacaqsınız! Danışın, ünsiyyətdə olun və sizi düşüncələrinizi və sizi həyəcanlandıran şeylər haqqında təəssüratlarınızı bölüşün. Burada siz həqiqətən özünüzə layiq həmsöhbət tapa biləcəksiniz!

Sizi maraqlandıran digər suallara cavabları FAQ bölməsində oxuya bilərsiniz.
Xidmətin qiyməti - 0,29 AZN / dəqiqə. Tarifikasiya dəqiqə ilə aparılır.

Nar Mobile şəbəkəsinə qoşulmuş istənilən arzu edən şəxs çata daxil ola bilər. Yalnız müəyyən qadağanedici qaydalara riayət etmək lazımdır:

  • Bütün istiqamətlərdə siyasi çağırışlar və dövlət hakimiyyətini və onun ayrı-ayrı nümayəndələrini diskreditasiya edən siyasi şüarlar
  • Terrorizm, dini, milli və irqi dözümsüzlüyün yayılması
  • Zorakılığın, milli və irqi ayrı-seçkiliyin, əxlaqsızlığın təbliğatı
  • Narkotik və psixotrop maddələrin, alkoqol, siqaret çəkilməsinin təbliğatı, zorakılıq və vəhşiliyin təbliğ olunması
  • Üçüncü tərəflərin və təşkilatların xidmətlərinin reklam olunması
  • Qeyri-normativ leksikadan istifadə olunması
  • Diskussiya iştirakçıları arasında münaqişə vəziyyətlərinin və mübahisələrin yaradılması
  • Həmsöhbətləri təhqir etmək və incitmək, çatda ünsiyyətə mane olmaq və müzakirə üçün mövzuların irəli sürülməsinə maneçilik törətmək
  • Tanışlıq məqsədi ilə özün haqda məlumatın yayılması (o cümlədən telefon nömrəsinin göstərilməsi)

Bu qaydaların pozulduğu zaman siz çatdan kənarlaşdırıla bilərsiniz.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy