SMS İcmal

SMS İCMAL 3322 nömrəsinə SMS sorğu göndərməklə məşhur idman yarışlarının SMS-translyasiyasına abunə olmaq imkanı yaradan bir xidmətdir.

Hal-hazırda bu xidmət çərçivəsində bütün əhəmiyyətli futbol yarışlarının translyasiyası mümkündür!

Siz bir və ya bir neçə SMS-translyasiya seçməklə sizi maraqlandıran bütün görüşlərin nəticələrini əldə edə bilərsiniz. Nəticələr oyunların başa çatmasından dərhal sonra göndəriləcək.

SMS-Translyasiya üçün komandalar

Translyasiyaya abunənin aktivləşdirilməsi üçün komanda Translyasiyaya abunənin ləğv edilməsi üçün komanda Translyasiyanın təsviri
ON TURK OFF TURK  Türkiyə super liqası, və ölkə kubokunun 1/8 finaldan etibarən oyunların nəticələri
ON AZER OFF AZER   Azərbaycan Yüksək Ligası, və ölkə kubokunun 1/8 finaldan etibarən oyunların nəticələri
ON ANG OFF ANG  İngiltərə Premyer Liqası, Ligalar Kuboku və İngiltərə Kubokunun 1/8 finaldan etibarən oyunların nəticələri
ON FRA OFF FRA  1-ci Liqa, Ligalar Kuboku və Fransa Kubokunun 1/8 finaldan etibarən oyunların nəticələri
ON GER OFF GER   Bundesliqa, və Almaniya Kubokunun 1/8 finaldan etibarən oyunların nəticələri
ON ISP OFF ISP İspaniya Kuboku və La Liqa 1/8 finaldan etibarən oyunların nəticələri
ON ITA OFF ITA  Seriya A və İtaliya Kubokunun 1/8 finaldan etibarən oyunların nəticələri
ON RUS OFF RUS  Rusiya Premyer Liqası və Rusiya Kuboku oyunalrının nəticələri

Məsələn, İNGİLTƏRƏ ÇEMPİONATININ  translyasiyasına abunə olmaq üçün ON ANG komandasını daxil etməklə 3322 qısa nömrəsinə SMS sorğu göndərmək lazımdır.

SMS translyasiya abunənin aktivləşdirilməsi komandasının göndərilməsi tarixindən etibarən 30 gün müddətində həyata keçiriləcək. Bu müddət başa çatan zaman abunəçiyə bildiriş göndəriləcək. Sizi maraqlandıran oyunların nəticələrinin əldə olunmasını davam etdirmək üçün  abunənin aktivləşdirilməsi komandasını təkrar göndərməlisiniz.

Siz SMS translyasiyanın alınmasını 30 gün müddətinin başa çatmasından əvvəl dayandırmaq istədiyiniz zaman abunənin ləğv edilməsi komandasını 3322 qısa nömrəsinə SMS ilə göndərməlisiniz

Bir idman yarışının SMS translyasiyasının qiyməti 1 AZN/30 gündür.
Bu məbləğ SMS translyasiyaya abunənin aktivləşdirilməsi komandasını SMS sorğu vasitəsi ilə 3322 qısa nömrəsinə göndərdiyiniz andan sonra hesabınızdan tutulacaq.

3322 qısa nömrəsinə göndərilən hər hansı digər SMS də bu tarif ilə, yəni 1 AZN qiyməti ilə hesablanır.

Xidmət haqqında ətraflı məlumat almaq üçün təlimatları oxuyun.

 

Təlimatlar

1. SMS İCMAL nədir?
SMS İCMAL 3322 nömrəsinə SMS sorğu göndərməklə məşhur idman yarışlarının SMS translyasiyasına abunə olmaq imkanı yaradan bir xidmətdir. 

2. Hansı yarışların translyasiyasına abunə olmaq mümkündür?
Bütün əhəmiyyətli idman yarışlarının translyasiyasına abunə olmaq mümkündür. Abunə olunması mümkün olan translyasiyalar haqqında qabaqcadan www.narfun.com internet səhifəsində elan veriləcək.

3. İdman yarışlarının SMS translyasiyasına necə abunə olmaq olar?
Hər hansı idman yarışının SMS translyasiyasına abunə olmaq üçün abunənin aktivləşdirmə komandasını SMS sorğu vasitəsi ilə 3322 nömrəsinə göndərməlisiniz.

4. Müəyyən idman yarışının SMS translyasiyasına nə vaxt abunə olmaq lazımdır?
 Konkret yarışın SMS-translyasiyasına yalnız həmin yarışın SMS translyasiyası haqqında www.narfun.com internet səhifəsində elan verildikdən sonra abunə olmaq mümkündür.
Abunəni həmçinin yarışın keçirildiyi müddət ərzində də həyata keçirmək olar (yalnız həmin yarış SMS İCMAL çərçivəsində translyasiya olunan oyunlar siyahısına daxil olduqda).

5. Müəyyən idman yarışının SMS translyasiyasına abunənin müddəti nə qədərdir?
Yarışın və müəyyən olunmuş abunə müddətinin (30 gün) başa çatması ilə abunə avtomatik olaraq ləğv olunur.

6. Yarışın və ya müəyyən olunmuş abunə müddətinin başa çatmasından SMS-translyasiyadan imtina etmək mümkündür?
Bəli. Yarışın və ya müəyyən olunmuş abunə müddətinin başa çatmasından SMS-translyasiyadan imtina etmək üçün abunənin ləğv edilməsi komandasını SMS sorğu vasitəsi ilə 3322 nömrəsinə göndərməlisiniz.
 
7. Əlverişli olan MS translyasiyalar və abunə üçün açar sözləri haqqında məlumatı haradan əldə etmək olar?
Əlverişli olan SMS translyasiyalar  və abunə üçün açar sözləri haqqında məlumatı www.narfun.com internet səhifəsində SMS İCMAL bölməsində əldə etmək olar. Orada həmçinin abunənin aktivləşdirilməsi üçün açar sözləri nəzərdən keçirmək olar.

8. Məlumatların göndərilməsi nə vaxt həyata keçiriləcək?
Məlumatların göndərilməsi sizi maraqlandıran yarışın başa çatmasından dərhal sonra həyata keçiriləcək.

9. Bir yarış üçün SMS translyasiyanın abunə qiyməti nə qədərdir?
Bir yarış üçün SMS translyasiyanın abunə qiyməti 1 AZN / 30 gündür.
Bu məbləğ SMS translyasiyaya abunənin aktivləşdirilməsi komandasını SMS sorğu vasitəsi ilə 3322 qısa nömrəsinə göndərdiyiniz andan sonra hesabınızdan tutulacaq.

3322 qısa nömrəsinə göndərilən hər hansı digər SMS də bu tarif ilə, yəni 1 AZN qiyməti ilə hesablanır.

10. Yarışın SMS translyasiyası üçün aktivləşdirmə komandası göndərilmiş SMS-in cavabında belə bir məlumat göndərilmişdir: Hal-hazırda belə translyasiya aparılmır və ya yanlış komanda göstərilmişdir. Bu nə deməkdir?
Bu o deməkdir ki, ya siz abunənin aktivləşdirilməsi komandasını daxil edərkən səhv etmisiniz, ya da SMS İCMAL çərçivəsində həmin anda translyasiya olunmayan yarışın SMS translyasiyası üçün aktivləşdirmə kodunu göndərmisiniz.
Diqqət! Komandanın yazılması üçün Latın variantını seçdiyiniz zaman onun daxil edilməsi üçün Kiril əlifbasının deyil, yalnız Latın əlifbasının işarələrindən istifadə edin (hətta vizual olaraq işarələr bir-birinə oxşasa belə). Və əksinə, Kiril variantını seçən zaman yalnız Kiril əlifbasının işarələrindən istifadə edin.

11. Abunəçi xidmətin dayandırılması və ya blokqoyma statusunda olan zaman məlumat əldə edə biləcək?
Əgər abunəçi idman yarışlarının SMS translyasiyasına abunə olursa və həmin yarışların keçirilməsi zamanı onun mobil telefonu blokqoyma statusuna keçirilirsə o zaman məlumatın abunəçiyə çatdırılması mümkün deyildir. Abunəçi blokqoyma statusundan çıxan zaman göndərilməyən məlumat təkrar göndərilməyəcəkdir.

12. Müəyyən idman yarışının SMS translyasiyasına abunə olan abunəçi həmin yarışların başa çatmasından əvvəl telefon nömrəsini dəyişsə o, məlumat ala biləcək?
Bu halda müəyyən idman yarışının SMS translyasiyası haqqında məlumatın abunəçiyə çatdırılması mümkün olmayacaqdır, belə ki, SMS İCMAL xidməti yalnız məlumatın əldə olunması üçün sorğunun göndərildiyi (abunənin həyata keçirildiyi) telefon nömrəsinə tətbiq olunur. Telefon nömrəsini dəyişən zaman abunəçi məlumatın əldə olunması üçün təkrar abunə olmalıdır.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy