MMS İnfo xidməti SMS-Info xidmətinin məntiqi davamıdır - eyni qaydada əlverişli, istifadəsi sadə və operativdir. Xidmət əlavə olaraq mesajların məlumat yükünü artıran yeni vizual imkanlar ilə müşayiət olunur.
MMS İnfo Nar Mobile şəbəkəsinin bütün əhatə dairəsində 24 saat müddətində istifadə oluna bilər. Sorğuya cavab operativ olaraq, bir neçə saniyə müddətində çatdırılır.
Məlumat almaq üçün maraqlandığınız rubrikanın açar sözünü SMS sorğu vasitəsi ilə 


nömrəsinə göndərməyiniz lazımdır.
MMS İnfo xidmətinin rubrikalarının tam siyahısı saytda Rubrikator bölməsində verilir. Bundan əlavə rubrikaların siyahısını HELP sözünü 


nömrəsinə SMS sorğu vasitəsi ilə göndərməklə əldə etmək olar.
Diqqət! MMS İnfo xidmətinin dəqiq işləməsi üçün abunəçi GPRS & MMS xidmətini aktivləşdirməli və mobil telefon MMS qəbul olunması üçün ayarlanmalıdır. GPRS & MMS xidməti Məqsədə Doğru və Xoş Xəbər Tarif Planlarında avtomatik olaraq təqdim olunur. Rəngarəng Zövqlər və Həvəskar Tarif Planlarının abunəçiləri GPRS & MMS xidmətini özləri aktivləşdirməlidirlər. GPRS & MMS xidmətinin aktivləşdirilməsi barədə məlumatı burada əldə edə bilərsiniz.
Hətta GPRS & MMS xidməti aktiv olmayan zaman belə göndərilən sorğular üçün haqq tutulur. Buna görə də sorğu göndərməzdən əvvəl GPRS & MMS xidmətinin aktiv olmasını və mobil telefonun MMS mesaj qəbul edilməsi üçün ayarlandığını yoxlayın.
Xidmət rominqdə olan abonentlər üçün təmin olunmur. MMS İnfo xidməti haqqında ətraflı məlumatı MMS İnfo üzrə Təlimatlar bölməsində əldə edə bilərsiniz. Xidmətə müntəzəm olaraq yeni rubrikalar əlavə olunur. Rubrikatorda yenilikləri izləyin.
Tarif



nömrəsinə göndərilən bir SMS sorğunun qiyməti 0.29 AZN-dır. Bütün daxil olan MMS-lar pulsuzdur.



