SMS-ÇAT

SMS-ÇAT - Nar Mobile abunəçilərinə 3300 nömrəsinə SMS göndərməklə yeni dostlar tapmağa kömək edir.

SMS-ÇAT KOMANDALARI:
[REG] [ləqəb] [cins] [yaş] [maraqlar] – Çatda qeydiyyat komandası
[YOXLA] [ləqəb] –Ləqəbin unikallığının yoxlanılması.
[AXTAR] [cins] [yaş] [maraqlar] – Yeni həmsöhbətin axtarışı
[OFF] – Çatdan çıxmaq
[OFF] [SS] – Müəyyən edilmiş vaxtdan sonra avtomatik olaraq qayıtmaqla çatdan çıxmaq
[ON] – Çata qayıtmaq
[INFO] – Şəxsi məlumatlarına baxmaq
[INFO] [ləqəb] – Göstərilmiş ləqəblə istifadəçi haqqında məlumatlara baxmaq
[DEYİSDİR] [ləqəb] [cins] [yaş] [maraqlar] – Şəxsi məlumatları dəyişdirmək
[IGNOR] [ləqəb] – Göstərilmiş ləqəblə istifadəçiyə məhəl qoymamaq
[IGNOROFF] [ləqəb] – Göstərilmiş ləqəblə məhəl qoyulmayan istifadəçini iqnor siyahısından çıxarmaq
[IGNORSİYAHİ] – İqnor siyahısında olan insanların siyahısı
[SİYAHİ] – Əlaqə siyahısında olan insanların siyahısı
[DAVAMİ] – Əlaqə siyahısı və ya iqnor siyahısının davamını almaq üçün.
[KOMEK] – Çatdan istifadəyə dair təlimatlar, maraqlar üzrə komandalar və qruplar

Maraqlar:
FLİRT
AVTO
İDMAN
MUSİQİ
KİNO
PC
MUXTELİF

SMS-ÇATDAN İSTİFADƏ EDƏRKƏN İSTİFADƏ OLUNAN BÜTÜN SMS VƏ KOMANDALAR 3300 QISA NÖMRƏSİNƏ GÖNDƏRİLİR.

SMS-ÇATDA söhbət etmək üçün abunəçiyə REG komandasını göndərməklə qeydiyyatdan keçmək lazımdır. Daha sonra abunəçi boşluq buraxaraq ardınca ləqəbini, cinsini (kişi yaxud qadın), yaşını, maraqlarını göstərir.
Diqqət! Ləqəbdə ara, məsafə işarələri və həmçinin simvollar “ . , ; : “ olmamalıdır.
Bütün məlumatlar ciddi şəkildə müəyyən olunmuş qaydada daxil edilir.

Xoş ünsiyyət qura biləcəkləri insanların axtaraşını abunəçilər üçün asanlaşdırmaq məqsədi ilə qeydiyyat zamanı insanın maraqları daxil edilir. Onlar xüsusi ehtiyyatda saxlanılmış sözlərlə (FLİRT, AVTO, İDMAN, MUSİQİ, KİNO, PC, MUXTELİF) daxil edilir. Sadalananlardan başqa hər hansı başqa maraq MUXTELİF kateqoriyası ilə əvəz ediləcəkdir. Ara buraxmaqla bir neçə maraqları göstərmək olar.

SMS-ÇATA qeydiyyat üçün komandanın nümunəsi:
REG FARID М 18 FLİRT AVTO

Əgər göstərilən ləqəb unikaldırsa və qeydiyyat düzgün tərtib edilibsə, bu halda abunəçiyə qeydiyyat müvəffəqiyyətlə yerinə yetirildi yazılan SMS göndərilir. Sizin ləqəbiniz: FARID. İndi artıq o çatdadır və söhbət etmək arzusunda olan istifadəçilərlə ünsiyyət yarada bilər. Ona çatdakı digər istifadəçilərdən SMS-lər gələcəkdir.

Əgər ləqəb unikal deyildirsə, adın qeydiyyatı zamanı sıra nömrəsi əlavə edilir. Abunəçi qeydiyyat müəffəqiyyətlə yerinə yetirilidi yazılan SMS alır. Ləqəbiniz: FARID1. Arzu olunan ləqəbdə istifadəçinin hələ olmadığına qabaqcadan əmin olmaq istəyirsinizsə YOXLA komandasından istifadə etmək olar.

Ləqəbin unikallığının yoxlanılması üçün komandanın nümunəsi:
YOXLA FARID

Çatda Ünsiyyət 3300 nömrəsinə göndərilən SMS-lərin mübadiləsi vasitəsilə baş verir. Hər bir mesajın əvvəlində onun göndərildiyi şəxsin ləqəbi göstərilməlidir.

SMS nümunəsi:
KONUL Necesen?

Özünüzə yeni dostlar axtarmaq üçün AXTAR komandasından istifadə etmək lazımdır. Axtarışı ləqəbdən başqa qeydiyyat zamanı göstərilən istənilən parametrlərlə təşkil etmək olar. Cavabında abunəçi çatda olan və axtarışın parametrlərinə uyğun olan insanların ləqəbini əldə edir.

Dostlar axtarışı üçün nümunə:
AXTAR Q 20 MUSİQİ

Sistem qeydiyyat zamanı cinsi qadın, yaşı 20 və maraqları MUSİQİ göstərmiş istifadəçilərə məxsus 5-ə qədər ləqəb tapacaqdır.

Dost axtarışı üçün komandanın nümunəsi:
AXTAR K MUSİQİ FLİRT

Sistem qeydiyyat zamanı cinsi kişi, maraqları MUSİQİ və FLİRT göstərmiş istifadəçilərə məxsus 5-ə qədər ləqəb tapacaqdır.

SİYAHİ komandasını göndərməklə abunəçi SMS mübadiləsi etdiyi insanların siyahısına baxa bilər. Əgər siyahı standard ölçüdən artıqdırsa, abunəçiyə yerdə qalan məlumatı almaq üçün DAVAMİ komandasını göndərmək təklif olunacaq.

Abunəçi bir müddət SMS almaq istəmədiyi zaman, OFF və ya OFF SS (SS – çatda olmayacağı saatların sayı, məsələn: OFF 24) komandasını göndərməklə çatı tərk edə bilər.
İndi onun ləqəbi axtarışda istirak etmir. Bu vaxt ərzində ona yazacaq bütün istifadəçilər istifadəçinin çatı tərk etməsi barədə bildiriş alacaqlar. çatda ünsiyyəti bərpa etmək üçün ON komandasını göndərmək lazımdır.

Əgər abunəçi müəyyən istifadəçidən SMS qəbul etmək istəmirsə bu halda o, həmin istifadəçini iqnor edə bilər. Bundan ötrü həmin istifadəçinin ləqəbini göstərməklə IGNOR komandasını göndərmək lazımdır. İqnor edilən abunəçi SMS göndərdikdə ona digər istifadəçinin onunla Ünsiyyət yaratmaq arzusunda olmadığına dair bildiriş alır.

İstifadəçilərin iqnor edilməsi üçün komandanın nümunəsi:
IGNOR FARID

İqnor siyahısında kimlərin yerləşdirilməsi barədə məlumat əldə etmək üçün İGNORSİYAHİ komandasını  göndərmək lazımdır. Əgər siyahı standart SMS ölçüsündən artıqdırsa, abunəçiyə yerdə qalan məlumatı almaq üçün DAVAMİ komandasını göndərmək təklif olunacaq. Ləqəbi göstərib IGNOROFF komandasını göndərməklə həmsöhbəti iqnor siyahısından qaytarmaq olar.

Komandanın nümunəsi:
IGNOROFF FARID

Şəxsi məlumatlara İNFO sorğusu vasitəsilə baxmaq olar. Ləqəbi göstərərək İNFO göndərməklə analoji qaydada çatda istənilən istifadəçinin məlumatlarına baxmaq mümkündür.

İstifadəçi haqda məlumatlarla tanış olmaq üçün komandanın nümunəsi:
INFO FARID

DEYİSDİR komandası şəxsi məlumatları dəyişdirməyə imkan verir. Çatda qeydiyyat prosesində  olduğu kimi, burada da DEYİSDİR yazdıqdan sonra bütün məlumatları göstərmək lazımdır: ləqəb, cins, yaş, maraqlar.
Diqqət! Şəxsi məlumatları dəyişdirdikdən sonra əvvəlki məlumatlar silinəcəkdir. Yalnız iqnor siyahısı və əlaqə siyahısı olduğu kimi saxlanılır. Əgər abunəçi ləqəbini dəyişərsə o zaman o, əvəllki ləqəbinə göndərilən SMS-ləri ala bilməyəcək.

Şəxsi məlumatları dəyişdirmək üçün komandanın nümunəsi:
DEYİSDİR NE-FARID М 40 PC

KOMEK sorğu və ya doğru olmayan komanda göndərməklə, abunəçi komanda və maraqların siyahısı ilə birlikdə çatdan istifadə qaydalarına dair qısa təlimat alır.

3300 nömrəsinə göndərilən Bütün SMS komandaların və SMS-lərin qiyməti 0.07 AZN təşkil edir.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy