Nar Menyu Bələdçisi çevikliyi sevənlər üçündür! Bu Nar Mobile SİM kartına daxil edilmiş və STK (SIM Application Toolkit) texnologiyasını dəstəkləyən xüsusi proqramdır. Proqram bütün Nar Mobile SİM kartlarında var. Mobil telefonunuzun menyusunda hətta ən inadcıl abunəçilərin tələblərinə tam cavab verən rubrikalardan ibarət Nar Mobile bölməsini görəcəksiniz. Siz rubrikaları silməklə və ya yenisini əlavə etməklə menyunu tələblərinizə uyğunlaşdıra bilərsiniz.
Nar Menyu Bələdçisinin quruluşu sadə və asan başa düşüləndir.
Mən və Nar Mobile beş bölmədən ibarətdir:
- Hesab – burada siz öz balansınızı və eləcə də dostunuzun balansını artıra bilər və xari balansı öyrənə bilərsiniz.
- Ayarlar – Burada siz GPRS və MMS ayarlarını tapa, Nar Menyu Bələdçisinin rubrikalarını silə və ya əlavə edə bilər, eləcə də Tarif Planının dəyişdirə və Tarif Planınızın özəlliklərini öyrənə bilərsiniz.
- Sevimli nömrə – Menyunun bu bölməsi sizə sevimli nömrə təyin etmək və ya dəyişmək imkanı verir.
- Əyləncə – Nar Mobile SMS İnfo, SMS-Abunə və əyləncə xidmətlərə girişi asanlaşdırmışdır. Top Dinlət melodiyaları, realtonlar, fultreklər, Java oyunlar və video həftədə bir neçə dəfə yeniləşdirilir. Bu zaman yenilikləri görmək üçün heç nə etmək lazım deyil– bunlar hamısı avtomatik olaraq baş verir.Daha telefon üçün sifariş vermək üçün xoşunuza gələn melodiya, video və ya Java oyunun kodunu yadda saxlamaq lazım gəmləyəcək. İndi siz bunu menyunun bölməsində edə bilərsiniz.
- Məlumat – Burada siz qısa nömrələr haqqında məlumat ala, Nar Mobile yeniliklərində xəbər tuta və ən yaxın müştəri xidmətləri mərkəzinin ünvanını öyrənə bilərsiniz.
Rouminq (İngilis dilində: Roaming) Beynəlxalq və Genişləndirilmiş Rominq üçün ayarlar. Bu bölmə abunəçi xaricdə rominqdə olarkən istifadə olunmalıdır.
Diqqət! Abunəçi Azərbaycanda olarkən bu menyudan istifadə olunması yerli Nar Mobile şəbəkəsinin pozulması ilə nəticələnəcək və abunəçi mobil rabitədən istifadə edə bilməyəcək;
Dil Secimi (İngilis dilində: Change Language) burada abunəçi Mən və Nar Mobile Nar Menyu Bələdçisinin dilini arzusuna uyğun olaraq Azərbaycan və ya İngilis dillərindən birinə çevirə bilər.
Nar Menyu Bələdçisindən rahat istifadə olunmasını təmin etmək üçün o iki dildə, Azərbaycan və İngilis dillərində hazırlanmışdır.
Tarif
Nar Menyu Bələdçisindən istifadə üçün ödəniş tələb olunmur.
Abunəçinin ayarlarının dəyişdirilməsi, Nar Mobile xidmətlərinin əlavə olunması və silinməsi, Sevimli Nömrənin təyin olunması, Nar Mobile Tarif Planının dəyişdirilməsi, mobil telefon ayarlarının sifariş olunması müvafiq tariflərə əsasən hesablanır. Mən və Nar Mobile Nar Menyu Bələdçisindən istifadə zamanı göndərilən SMS sorğular standart SMS qiyməti ilə hesablanır. Mən və Nar Mobile Nar Menyu Bələdçisindən istifadə zamanı edilən zənglər zəngin istiqamətindən asılı olaraq zənglərin tariflərinə müvafiq olaraq hesablanır.



