Xoş xəbər

Azərbaycan daxilində hamı ilə pulsuz danışıq imkanından istifadə edin.
Xoş Xəbəri hamı ilə bölüşün!

Siz dostlarınız, ailəniz və ya işinizlə əlaqədar telefon danışığına daha çox vaxt sərf edirsinizsə o zaman Xoş Xəbər Tarif Planı sizin üçün ən yaxşı təklifdir. Xoş Xəbər Tarif Planının bütün istifadəçiləri zənglər üçün ən yaxşı qiymətlər və hər ay əlavə güzəştlər əldə edəcəklər:

  • Ölkədaxili zənglər üçün 20 pulsuz dəgigə;
  • Quraşdırılmış DATA və MMS xidməti;

 Abunə haqqı  2 AZN
 Nar Mobile şəbəkəsi daxilində  1 dəqiqənin qiyməti, AZN
 Gündüz Zəngləri  0.05
 Gecə Zəngləri  0.05
 Həftəsonu və Bayram Zəngləri  0.05
 Digər şəbəkələrə zənglər  1 dəqiqənin qiyməti, AZN
 Gündüz Zəngləri  0.15
 Gecə Zəngləri  0.15
 Həftəsonu və Bayram Zəngləri  0.15
 SMS  1 SMS-in qiyməti, AZN
 SMS (ölkədaxili)  0.06
 SMS (beynəlxalq)  0.06

Beynəlxalq zənglərin tariflərini öyrənmək üçün bu linkə daxil olun

Təqdim olunan qiymətlər Azərbaycan Respublikası ərazisində qüvvədədir. Bütün qiymətlərə 18% ƏDV vergisi daxildir. Qiymətlər və xidmətlərin təsviri 27 Sentyabr 2007-ci il tarixindən etibarlıdır və xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Nar Mobile tərəfindən təqdim olunan bütün xidmətlər Nar Mobile ticarət nişanı altında fəaliyyət göstərən AZERFON MMC ilə fiziki və ya hüquqi şəxs arasında bağlanan Abunə Müqaviləsi əsasında Nar Mobile Mərkəzlərində və ya rəsmi Nar Mobile distribütor və diler şəbəkəsi vasitəsi ilə təmin olunur.

Xoş Xəbər Tarif Planı əvvəlcədən ödəniş sistemi ilə çalışır və bunu nəzərə alaraq bütün ödənişlər Nar Mobile rabitəsindən istifadəyə başlamazdan əvvəl edilməlidir. Fiziki şəxslər ilə maksimum 4 abunə müqaviləsi bağlana bilər. Adi Nar Mobile nömrəsinin əldə olunması xidməti ödənişsizdir. Nar Mobile nömrəsinin seçimə görə təqdim olunması ödənişli xidmətdir və onun haqqı 5 AZN təşkil edir. Qızıl və Gümüş Nar Mobile nömrələrinin seçilməsi xidməti üçün müvafiq olaraq 250 AZN və 100 AZN ödənilir. Hər bir Tarif Planına daxil edilən ilkin əsas xidmət növləri aşağıdakılardır: Nömrənin Təyin Edilməsi, Zəngin Yönləndirilməsi, Xətdə Gözləmə, Xətdə Saxlama, Konfrans Zəng, Beynəlxalq Zəng, Mən və Nar Mobile Sərbəst İdarəetmə Sistemi (Nar Menyu Bələdçisi, İnteraktiv Bələdçi və İnternet Bələdçisi daxil olmaqla), SMS, Fleş SMS, Ölkədaxili Rominq. Əlavə olaraq, Xoş Xəbər Tarif Planının abunəçiləri üçün DATA xidməti aktivləşdirilmiş olur. Bu xidmətlər haqqında daha ətraflı məlumat almaq üçün müvafiq xidmət üçün hazırlanmış broşuralara baxın.

Tarifikasiya və vaxt intervalları
Xoş Xəbər Tarif Planında tarifikasiya üçün məcburi vaxt intervalı ilk 10 saniyədir. Məcburi vaxt intervalından böyük olan vaxt müddəti üçün tarifikasiya Xoş Xəbər Tarif Planında 10 saniyə fasiləsi ilə aparılır. Bu intervallar Beynəlxalq zənglərə, Beynəlxalq və/və ya Genişləndirilmiş Rominqə tətbiq olunmur.


Qeydlər

Aylıq bonuslar Xoş Xəbər Tarif Planının abunəçilərinə ilk dəfə qoşulma zamanı, növbəti aylarda isə aylıq əsaslarla hər ayın əvvəlində təqdim olunur. Cari ayda istifadə olunmamış bonuslar növbəti aya keçirilmir. Aylıq bonuslar Tarif Planı dəyişdirilən zaman digər Tarif Planına keçirilmir.

Aylıq ödəniş 2 AZN təşkil edir. Tarif Planı və ya xidmət üçün aylıq ödəniş cari aydakı təqvim günlərinin sayına bölünür və alınan məbləğ gündəlik sizin hesabınızdan tutulur. Xidmət aktivləşdirilən zaman abunəçinin hesabından cari gün üçün tam məbləğdə ödəniş tutulur. Nar Mobile abunəçisi Tarif Planını və ya xidməti ayın əvvəlində deyil sonra aktivləşdirən zaman aylıq ödəniş cari ayın yalnız qalan günləri üçün tutulacaq. Nar Mobile abunəçisi Tarif Planı və/və ya xidməti bir gündə bir dəfədən artıq aktiv və ləğv etdiyi zaman xidmətin hər bir aktivləşdirilməsi üçün bir gün üçün aktiv olunma və aylıq ödəniş ödəməli olacaq.

Nar Mobile nömrəsi blokirovka statusunda olan zaman əlavə olunmuş aylıq ödənişli Tarif Planı və/və ya xidmət üçün ödəniş hesablanmır. Xidməti ləğv etdiyiniz zaman aylıq ödənişin balansınızdan tutulması dayandırılır.

İstifadə olunan bütün şərtlər Abunəçi ilə bağlanan Abunə Müqaviləsinə istinad edir. Bu Tarif Planında istifadə olunan terminlər yalnız bu Tarif Planı ilə təqdim olunan xidmətlərin şərh olunması məqsədi ilə istifadə olunur. Tarif Planları Nar Mobile tərəfindən istənilən zaman dəyişdirilə və ya ləğv edilə bilər.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy