Nar Mobile Məkanı

Çox sərfəli rabitə!

Yeni Nar Mobile Məkanı Tarif Planı ilə ölkəmizin bölgələrində zənglər daha sərfəlidir!

Mekan 3
Ölkənin şəhər, kənd və rayonlarında paytaxtdan 3 dəfə ucuz danışın!
Qiymətlər 3-cü tarif zonasında olan Nar Mobile Məkanı Tarif Planının istifadəçiləri üçün etibarlıdır.(mobil telefonun ekranında Mekan3 yazısı görünür).

4      qəpik/dəqiqə
şəbəkədaxili zənglərə
7      qəpik/dəqiqə
ölkədaxili zənglərə

 


Mekan 2
Ölkəmizin iri şəhərlərində paytaxtdan 2 dəfə ucuz danışın!
Qiymətlər 2-ci tarif zonasında olan Nar Mobile Məkanı Tarif Planının istifadəçiləri üçün etibarlıdır (mobil telefonun ekranında Mekan2 yazısı görünür).

6      qəpik/dəqiqə
şəbəkədaxili zənglərə
10,5    qəpik/dəqiqə
ölkədaxili zənglərə


Mekan 2 tarif zonasına daxil olan şəhərlər:
Ağcabədi, Bərdə, Göyçay, Gəncə, Cəlilabad, Yevlax, İmişli, Lənkəran, Mingəçevir, Naxçıvan, Sabirabad, Salyan, Sumqayıt, Xaçmaz, Şəmkir, Şəki, Şirvan (Əli Bayramlı), Şamaxı.


Mekan 1
Nar Mobile Məkanı tarif planının istifadəçiləri üçün Bakı və Abşeron yarımadasında¹ danışıq qiymətləri şəbəkədaxili zənglərə 12 qəpik, ölkədaxili zənglərə 21 qəpik təşkil edir. Birinci tarif zonasında olarkən mobil telefonun ekranında Mekan1 yazısı görünəcəkdir.

Bütün zonalar üçün ümumi tariflər:

 Xidmət  Qiymət
 Aylıq ödəniş  0 AZN
 SMS  0.06 AZN
 Şəbəkədaxili MMS  0.10 AZN
DATA xidmətləri hər 100 kB üçün  0.10 AZN

Beynəlxalq Zəng tarifləri üçün bu linkdən istifadə edin.

İstifadə qaydası
Tarif zonasını müəyyən etmək çox rahatdır! Bunun üçün mobil telefonda bildiriş mesajlarının 50-ci kanal üzərindən qəbulunu ayarlamaq lazımdır. Mobil telefonunun təlimatlarına əsasən bildiriş mesajlarının qəbulunu müstəqil şəkildə aktivləşdirmək mümkündür. Aşağıda Nokia, Sony-Ericsson və Samsung kimi geniş yayılmış telefon modelləri üçün bildiriş mesajlarının ayar təlimatları qeyd olunub:

Nokia modelləri üçün:   SonyEricsson modelləri üçün:   Samsung modelləri üçün:
Telefonun menyusuna daxil olun   Telefonun menyusuna daxil olun   Telefonun menyusuna daxil olun
Hərəkət ardıcıllığı:   Hərəkət ardıcıllığı:   Hərəkət ardıcıllığı:
»
»
»
»
   Messages
   Settings
   Information Messages
   Accept
  »
»
»
»
   Messages
   Settings
   Information Messages
   Accept
  »
»
»
»
   Messages
   Settings
   Network Messages
   Accept

Məlumat mesajlarının ayarlanması ilə əlaqədar yaranan suallarla Nar Mobile Mərkəzlərinə müraciət edə bilərsiniz.

Qoşulma
Nar Mobile Məkanı Tarif Planına qoşulmaq üçün mobil telefonunuzda sadəcə aşağıdakı sorğunu yığmaq kifayətdir:

Ölkədaxili rominqdə zənglər Məkan2 tarif zonasına uyğun olaraq hesablanır. Ölkədaxili Rominq - Azərbaycanın bölgələrində əhatə dairəsinin genişləndirilməsi üçün digər şəbəkə təminatçıları ilə əməkdaşlığı nəzərdə tutur. Ölkədaxili rominqdə mobil telefonun modelindən asılı olaraq Siz mobil telefonun ekranında digər mobil operatorun adını görə bilərsiniz. Bu zaman mobil telefonun ekranında yerləşdiyiniz tarif zonasının adı görünməyəcəkdir.
Mobil telefonun ekranında olan məlumatlara diqqət yetirin.

Qeyd
¹ ­ Birinci tarifikasiya zonasına Abşeron yarımadasının şimalında yerləşən Corat qəsəbəsindən və yarımadanın cənub hissəsində Puta qəsəbəsindən şərqdə yerləşən baza stansiyalarının əhatə etdiyi ərazilər daxildir.

Ümumi müddəalər
Nar Mobile Məkanı Tarif Planına qoşulmanın ilkin avans ödənişi 3 AZN təşkil edir.
Təqdim olunan qiymətlər Azərbaycan Respublikası ərazisində qüvvədədir. Bütün qiymətlərə 18% ƏDV vergisi daxildir. Qiymətlər və xidmətlərin təsviri 10 iyun 2008-ci il tarixindən etibarlıdır və xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Nar Mobile tərəfindən təqdim olunan bütün xidmətlər Nar Mobile ticarət nişanı altında fəaliyyət göstərən Azerfon MMC ilə fiziki və ya hüquqi şəxs arasında bağlanan Abunə Müqaviləsi əsasında Nar Mobile Mərkəzlərində və ya rəsmi Nar Mobile distribütor və diler şəbəkəsi vasitəsi ilə təmin olunur.
Nar Mobile Məkanı Tarif Planı üçün sənəddə təsnif olunan şərt və tariflərdən əlavə digər tariflər Danışmaq Həvəskarı Tarif Planına uyğun gəlir. Nar Mobile Məkanı Tarif Planı əvvəlcədən ödəniş sistemi ilə çalışır və bunu nəzərə alaraq bütün ödənişlər Nar Mobile rabitəsindən istifadəyə başlamazdan əvvəl edilməlidir. Fiziki şəxslərlə bağlanan müqavilələrin ümumi sayı 4 müqavilə ilə məhdudlaşır. Nar Mobile mobil telefon nömrəsi pulsuz olaraq təqdim edilir. Növbədənkənar Nar Mobile nömrəsinin seçilməsi xidməti ödənişlidir və xidmətin qiyməti 5 AZN təşkil edir; Gümüş və Qızıl nömrələrinin seçilməsi müvafiq olaraq 50 AZN və 250 AZN təşkil edir. Hər bir Tarif Planına öncədən daxil edilən əsas xidmətlər bunlardır: CLIP, Zənglərin Yönləndirilməsi, Xətdə Gözləmə, Konfrans-Rabitə, Beynəlxalq Zəng və «Mən və Nar Mobile» Sərbəst İdarəetmə Sistemi (Nar Menyu Bələdçisi, İnteraktiv Bələdçi, İnternet Bələdçi).

Tarif Planının Dəyişdirilməsi
Tarif Planının dəyişdirilməsi gün ərzində 1 dəfə mümkündür. Həvəskar və Rəngarəng Zövqlər Tarif Planlarından Nar Mobile Məkanı Tarif Planına keçid pulsuzdur, Xoş Xəbər və Məqsədə Doğru Tarif Planlarından keçidin qiyməti 3 AZN təşkil edir. Nar Mobile Məkanı Tarif Planından Xoş Xəbər və Məqsədə Doğru Tarif Planlarına keçid pulsuzdur, Həvəskar və Rəngarəng Zövqlər Tarif Planlarına keçidin qiyməti 3 AZN təşkil edir.

Abunəçi istənilən Tarif Planına qoşularkən, Tarif Rejimlərinin birindən o birinə keçərkən və/və ya Tarif Planını dəyişdirərkən seçilmiş Tarif Planına tətbiq edilən bütün şərtlərlə razılaşır. Tarif Rejimlərinin birindən o birinə keçərkən və ya Tarif Planını dəyişdirərkən Nar Mobile Məkanı, Xoş Xəbər və Həvəskar Tarif Planına keçərkən Sevimli nömrə xidməti istisna olmaqla, əməliyyata qədər aktivləşdirilmiş bütün xidmətlər qüvvədə qalır. Bu halda aktivləşdirilmiş Əsas və/və ya Əlavə Sevimli nömrə(lər) abunəçinin profilindən silinəcək, eləcədə bu andan etibarən Əlavə sevimli Nömrəyə görə abunə haqqı abunəçinin balansından çıxılmayacaq.

Tarifikasiya və vaxt intervalı
Abunəçi tərəfindən zəngin yönləndirilməsi xidməti aktivləşdirildiyi halda tarifikasiya Məkan1 tarif zonasına uyğun olaraq aparılır. Nar Mobile Məkanı Tarif Planının tarifikasiyasının məcburi vaxt intervalı 10 saniyədir.
Məcburi vaxt intervalından böyük olan vaxt müddəti üçün tarifikasiya Nar Mobile Məkanı Tarif Planında 10 saniyə fasiləsi ilə aparılır. Göstərilən tarifikasiya intervalları Beynəlxalq zənglər, eləcə də Beynəlxalq və/və ya Genişləndirilmiş Rominq zamanı edilən zənglərə tətbiq olunmur. Beynəlxalq zənglər, Beynəlxalq Rominq və digər əlavə xidmətlər və xidmət tarifləri Həvəskar tarif planına uyğundur.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy