Danışmaq Həvəskari

İndi özün hamının sənin mobil telefonundan istifadə etməsini istəyəcəksən!

Nar Mobile-dan Həvəskar Tarif Planı ilə sən sadəcə bizim xidmətlərimizdən istifadə etdiyinə görə çoxsaylı Pulsuz Dəqiqələr əldə edəcəksən! Hər gün sevimli bonuslar!

Əgər sən ünsiyyətdə olmağı xoşlayırsansa, o zaman səndən tələb olunan sadəcə

şəklində pulsuz sorğu göndərməklə Danışmaq Həvəskarı Tarif Planına qoşulmaqdır. Gündəlik bonus - 6 dəqiqəyə qədər pulsuz şəbəkədaxili danışıq vaxtı sənindir.

 Xidmət  Qiymət, AZN
 Abunə haqqı  0 AZN
 Şəbəkədaxili zənglər  0.12 AZN
 Ölkədaxili digər operatorlara zənglər  0.12 AZN
 SMS  0.06 AZN
 MMS  0.10 AZN
 GPRS (100 Kb üçün)  0.10 AZN

 

Gün ərzində balansın sərf olunma hədləri, AZN Müvafiq balans həddinin keçilməsi faktına əsasən təyin olunan bonus, dəq. Müvafiq balans həddinin keçilməsi faktına əsasən gün ərzində təyin olunan bonusların yekun miqdarı, dəq.
0.4
1
1
0.8
2
3
1.2
3
6

Məsələn abunəçi Nar Mobile rabitə xidmətlərindən istifadə üçün 0.4 AZN sərf etdi. Bu zaman Danışmaq Həvəskarı tarif planına əsasən abunəçi 1 dəqiqə şəbəkədaxili zənglər şəklində bonus əldə etmiş olur. Həmin gün ərzində daha 0.4 AZN sərf olunduğu halda,xərclənən hər iki məbləğ cəmlənir və abunəçiyə daha 2 şəbəkədaxili dəqiqə şəklində bonus əlavə edilir. Beləliklə, ümumilikdə əldə olunan bonusların miqdarı 3 dəqiqə təşkil edəcəkdir. Həmin gün ərzində abunəçi Nar Mobile xidmətlərindən istifadə üçün ümumilikdə 1.2 AZN sərf etdiyi zaman, o daha 3 şəbəkədaxili dəqiqə şəklində bonuslar əldə edəcək və gün ərzində bonuslarının ümumi miqdarını 6 dəqiqəyə çatdıracaqdır.

Bonuslar vaxtda bir qədər gecikmə olmaqla hər bir Tarif Planına müvafiq olaraq gün ərzində müəyyən olunmuş hədlərin keçilməsi faktına əsasən hesablanır. Gün ərzində xərclənmiş vəsaitlərin həcmi müəyyən olunan həddə çatmadığı halda bonus təqdim olunmur. Xərclər hər gün üçün yenidən hesablanır. Öncəki günlərin xərcləri nəzərə alınmır.

Hesablanmış bonusların miqdarı üçün şifrəsini yığ.

Qeyd
Danışmaq həvəskarı Tarif Planında dəyişikliklərlə əlaqədar olaraq 29.11.2009 tarixindən etibarən şəbəkədaxili bonus dəqiqələrinin istifadə müddəti 10 gün olacaq. Ətraflı məlumatı 777 nömrəsindən əldə edə bilərsiniz.

Ümumi müddəalar

Danışmaq Həvəskari Tarif Planı əvvəlcədən ödəniş sistemi ilə çalışır və bunu nəzərə alaraq bütün ödənişlər Nar Mobile rabitəsindən istifadəyə başlamazdan əvvəl edilməlidir. Həvəskar Tarif Planına qoşulmaq ilkin ödəniş 3 AZN təşkil edir.

Danışmaq Həvəskari Tarif Planına daxil edilən ilkin əsas xidmət növləri aşağıdakılardır: CLIP, Zənglərin Yönləndirilməsi, Xətdə Saxlama / Xətdə Gözləmə, Konfrans Zəng, Beynəlxalq Zəng və "Mən və Nar Mobile" Sərbəst İdarəetmə Sistemi (Nar Menyu Bələdçisi, İnteraktiv Bələdçi, İnternet Bələdçisi daxil olmaqla). Danışmaq Həvəskari Tarif Planının digər rabitə xərcləri şirkətin qəbul etdiyi ümumi qiymət tariflərinə əsasən hesablanır. Bu xidmətlər haqqında daha ətraflı məlumat almaq üçün müvafiq xidmət üçün hazırlanmış broşurlara baxın.

 

Qeydlər:

  • Bonuslar zəng xidmətlərinə sərf olunmuş vəsait üçün hesablanır.
  • Tarif Planına qoşulan zaman Nar Mobile abunəçisi avtomatik olaraq Danışmaq Həvəskarı Tarif Planının abunəçisi olur və həmin Tarif Planının şərtlərinə müvafiq olaraq pulsuz şəbəkədaxili dəqiqə bonusları almağa başlayır.
  • Abunəçinin nömrəsi çıxan zənglərə qarşı qadağa statusunda olduğu zaman Danışmaq Həvəskari Tarif Planın üzrə hesablanmış, lakin abunəçi tərəfindən istifadə olunmamış bonuslar saxlanılır. Abunəçi bu bonuslardan yalnız balansı artıraraq Aktiv statusuna keçən zaman istifadə edə bilər. Abunəçinin nömrəsi həm çıxan həm də daxil olan zənglərə qadağa statusunda olan zaman onun tərəfindən toplanmış bütün bonuslar ləğv olunur.

 

Tarifikasiya və vaxt intervalları

Həvəskar Tarif Planında tarifikasiya üçün məcburi vaxt intervalı ilk 10 saniyədir. Məcburi vaxt intervalından böyük olan vaxt müddəti üçün tarifikasiya Danışmaq Həvəskari Tarif Planında 10 saniyə fasiləsi ilə aparılır. Bu intervallar Beynəlxalq zənglərə, Beynəlxalq və/və ya Genişləndirilmiş Rominqə tətbiq olunmur.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy