HomeSizin üçünNar Mobile şəbəkəsinə qoşulTarif planının dəyişdirilməsi

Tarif Planlarının dəyişdirilməsi

Tarif Planı və Tarif Rejiminin dəyişdirilməsi 24 saatda bir dəfə mümkündür.

Siz Nar Mobile Tarif Planını istənilən vaxt dəyişə bilərsiniz. Belə ki, əgər sizin tələbatlarınız dəyişirsə, siz onu öz istək və tələbatlarınıza uyğunlaşdırmaq üçün Tariff Planını dəyişə bilərsiniz. Bu yolla, siz hər zaman mobil telefonunuzdan maksimum dərəcədə faydalanmış olursunuz. Sadəcə vaxtlı-vaxtında öz balansınızı artırmağı unutmayın.

Siz dostlarınız, ailəniz və ya işinizlə əlaqədar telefon danışığına daha çox vaxt sərf edirsinizsə o zaman Xoş Xəbər Tarif Planı sizin üçün ən yaxşı təklifdir. Xoş Xəbər Tarif Planının bütün istifadəçiləri zənglər üçün ən yaxşı qiymətlər və hər ay əlavə güzəştlər əldə edəcəklər.

Rəngarəng Zövqlər Tarif Planında abunəçilər üçün iki rejim mövcuddur. Tarif Planı daxilində bu rejimlərin birindən digərinə keçmək, həmçinin Rəngarəng Zövqlər Tarif Planından Məqsədə Doğru Tarif Planına keçid ödənişsizdir.

Məqsədə Doğru Tarif Planından Rəngarəng Zövqlər Tarif Planına keçid haqqı ƏDV daxil olmaqla 3 AZN-dir. Tarif Planın dəyişən zaman Nar Mobile abunəçisinin balansında olan minimal məbləğ 4 AZN-ə bərabər olmalıdır. Hər hansı Nar Mobile Tarif Planına qoşularkən, Tarif Rejimlərinin birindən o birinə keçərkən və\və ya Tarif Planını dəyişdirərkən abunəçi seçilmiş Tarif Planına və ya Tarif Rejiminə tətbiq olunan şərt və müddəalar ilə razılaşır. Tarif Rejimlərinin birindən o birinə keçərkən və ya Tarif Planını dəyişdirərkən əməliyyata qədər aktivləşdirilmiş bütün xidmətlər qüvvədə qalır.

Bir Həvəskar Tarif Planından digərinə keçid zamanı öncəki Tarif Planına əsasən hesablanmış bonuslar saxlanılır. Belə ki, Danışmaq Həvəskarı Tarif Planında bonus həddinə çatan zaman Tarif Planını SMS Həvəskarı Tarif Planına dəyişdirdikdə, əvvəlki Tarif Planına əsasən hesablanmış bonuslar bir neçə dəqiqədən sonra təqdim olunacaqdır.Yeni bonuslar isə SMS şəklində, SMS Həvəskarı Tarif Planına keçən andan hesablanacaq.
Həvəskar Tarif Planını Nar Mobile şəbəkəsinin digər Tarif Planlarına (“Rəngarəng Zövqlər” Rejim 1 və 2, “Məqsədə Doğru”, “Xoş Xəbər”) dəyişən zaman öncədən toplanmış bonuslar ləğv edilir.

Söhbətcil Tarif Planının prinsipial fərqi bir zəngin çərçivəsində şəbəkədaxili danışıqların unikal qiymətləridir. Danışıqların ilk dəqiqəsinin qiyməti – 9 qəpik. İkinci dəqiqənin qiyməti – 6 qəpik. Üçüncü və növbəti dəqiqələrin qiyməti – cəmi 3 qəpik təşkil edir.

Keçid şərtləri barədə məlumat üçün Sizi maraqlandıran tarif planını seçin:

Cari:  İstənilən:

Hər hansı Nar Mobile Tarif Planına qoşularkən, Tarif Rejimlərinin birindən o birinə keçərkən və/ və ya Tarif Planını dəyişdirərkən Sevimli Nömrə, DATA və MMS xidmətlərinin təqdim olunması istisna olmaqla (yeni Tarif Planında bu xidmətlərin aktiv olmadığı halda) əməliyyata qədər aktivləşdirilmiş bütün xidmətlər qüvvədə qalır. Abunəçi tərəfindən əsas və/və ya Əlavə Sevimli Nömrə(lər) əvvəlcədən aktivləşdirildiyi zaman həmin nömrələr abunəçinin ayarlarından silinəcək və abunəçinin hesabından aktivləşdirilən Əlavə Sevimli Nömrə(lər) üçün aylıq ödənişin tutulması dayandırılacaq. Bundan əlavə Tarif Planının dəyişdirilməsi zamanı, həmin Tarif Planının strukturuna əsasən təqdim olunan bütün bonuslar ləğv edilir.

Tarif Planını dəyişmək çox asandır:

  • Nar İnteraktiv Bələdçi – sadəcə təlimatlara diqqətlə qulaq asın və onlara riayət edin;
  • Nar Menu Bələdçisi – sadəcə mobil telefonunuzn menyusunda Nar Mobile bölməsinə daxil olaraq lazımi əməliyyatları seçin;
  • Nar Mobile İnternet Bələdçi - Nar Mobile İnternet Bələdçisi - bölməsinə daxil olun, qeydiyyatdan keçin və öz Tarif Planınızı və ya rejiminizi dəyişdirin;
  • Nar Mobile Mərkəzi – Ünvanları buradan əldə oluna bilən istənilən Nar Mobile Mərkəzinə müraciət edə bilərsiniz.

Nar Mobile İnternet Bələdçisi vasitəsi ilə Tarif Planının dəyişdirilməsi

  1. Nar Mobile İnternet Bələdçisi nə daxil olun.
  2. Əməliyyatlar bölməsində Tarif Planını dəyişdir bölməsini seçin.
  3. Keçmək istədiyiniz Tarif Planını seçin.
  4. OK düyməsini basın.
  5. Açılmış pəncərədə təkrar OK düyməsini basın.
  6. Mən və Nar Mobile İnternet Bələdçisindən çıxın.

Nar Menyu Bələdçisi vasitəsi ilə Tarif Planının dəyişdirilməsi

  1. Nar Mobile Menyu Bələdçisinə daxil olun.
  2. Mən və Nar Mobile > Ayarlar > Tarifi dəyişdir bölməsinə daxil olun.
  3. Keçmək istədiyiniz Tarif Planını seçin.
  4. Dəyişikliyi təsdiq edin.
  5. Nar Menyu Bələdçisindən çıxın.

Nar Mobile İnteraktiv Bələdçisi vasitəsi ilə Tarif Planının dəyişdirilməsi

  1. 777 – Nar İnteraktiv Bələdçisinə zəng edin.
  2. Lazım olduqda dil seçimini edin.
  3. Xidmətlər ilə əməliyyatlar menyusuna daxil olmaq üçün əsas menyuda 2 düyməsini basın.
  4. Tarif Planını dəyişdir menyusuna daxil olmaq üçün 3 düyməsini basın.
  5. Keçmək istədiyiniz Tarif Planını seçin.
  6. Dəyişikliyi təsdiq etmək üçün 1 düyməsini basın.
  7. Zəngi bitirin.
 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy