Ümumi suallar

Zəhmət olmasa GPRS tarifləri barədə məlumat verə bilərsiniz? Sağ olun.

Verilmiş linkə daxil olun: GPRS and MMS. Orada siz GPRS tarifləri və GPRS paketləri haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Zəhmət olmasa mənə tariflər, 1 aylıq üzvlük tarifi ödənişlərinin nə qədər olacağı barədə məlumat verin?

Hal-hazırda biz bir neçə Tarif Planlarını təqdim edirik. Onlar haqqında ətraflı məlumatı verilmiş linklər vasitəsi ilə əldə edə bilərsiniz: Tələbə, Nar Mobile Məkanı, Həvəskar, Xoş Xəbər, Məqsədə Doğru, Rəngarəng ZövqlərSöhbətcil

Nar Mobile nömrələrini harada almaq olar?

Nar Mobile nömrələrini aşağıdakı ünvanlarda yerləşən Nar Mobile Mərkəzlərinin birində əldə edə bilərsiniz:

Baki şəhəri

Neftçilər prospekti, 127/67
İstiqlaliyyət küçəsi, 39
Bülbül prospekti, 11
M. Cəfərov küçəsi, 3005
Əhmədli, Sarayevo küçəsi, 18
 
Gəncə şəhəri
Atatürk prospekti, 26
 
Naxçıvan şəhəri
N. Əliyev küçəsi, 5

Lənkəran
M. Mirmustafaxan küçəsi, 5

Şəki
H. Əliyev prospekti və M. Ə. Rəsulzadə küçəsinin kəsişməsi

Sumqayıt
Sülh küçəsi

Şirvan
Leytenant İbrahimov küç. 10

Mingəçevir
Nigar Rəfibəyli küçəsi, 11

Sabirabad
H. Əliyev prospekti, 25A

Xaçmaz
N.Nərimanov prospekti

Siz həmçinin Nar Mobile nömrəsini bizim distribütor və ya dilerlərimizdən əldə edə bilərsiniz.

Mən aşağıdakıları bilmək istərdim:
1. Danışıq üçün tariflər (və ia siz necə deyirsiniz Tarif Planları) necədir?
2. ödəniş forması necədir: hesab-faktura (kredit) və ya avans ilə? Başa düşdüyüm qədər, ödəniş forması “Tarif Planı” ilə müəyyən olunur, elədir?
3. Rominq üçün tarif və şərtlər.
4. Müəyyən bir nömrəni almaq olarmı və bunun qiyməti nə qədərdir?
5. İnternet səhifənizin rus dilində versiyası olacaq?

1. Hal-hazırda təqdim etdiyimiz Tarif Planları aşağıdakılardır:
Tələbə, Nar Mobile Məkanı, Həvəskar, Xoş Xəbər, Məqsədə Doğru, Rəngarəng Zövqlər, Söhbətcil.
2. Hal-hazırda təqdim olunan Tarif Planları hesablaşmaların əvvəlcədən ödənişi prinsipini nəzərdə tutur.
3. Rominq üçün tarif və şərtlər verilmiş İnternet səhifələrdə daha ətraflı təsvir olunur: Beynəlxalq Rominq, Genişləndirilmiş Rominq.
4. Siz Nar Mobile Mərkəzlərində öz seçiminizlə nömrə əldə edə bilərsiniz. Adi seçimli nömrənin əldə olunması üçün 5 AZN, gümüş nömrə üçün 100 AZN, qızıl nömrə üçün isə 205 AZN ödəmək lazımdır. Sizi maraqlandıran nömrə haqqında ətraflı məlumatı Nar Mobile Mərkəzlərində əldə edə bilərsiniz.
5. Bəli, biz gələcəkdə İnternet səhifəmizin rus dili versiyasını yaratmağı planlaşdırırıq.

Salam. Mən sizin xidmət ilə maraqlanıram, Nar Mobile nömrəsi almalıyam ya yox. Mən indi Nar Mobile istifadəçisi olmaq istəyirəm. Mən nə etməliyəm? Əvvəlcədən təşəkkür edirəm...

Nar Mobile abunəçisi olmaq asandır. Sadəcə yaxınlıqda yerləşən Nar Mobile Mərkəzlərindən və ya Nar Mobile Tərəfdaşlarından birinə yaxınlaşın və Nar Mobile nömrəsi alın. Artıq heç nə lazım deyil. Bizim xidmətlərimiz ilə maraqlandığınız üçün sizə təşəkkür edirik.

İnternet səhifədə göstərilən qiymətlərə ƏDV daxildir ya yox? Əvvəlcədən təşəkkür edirəm.

Xidmətlərin təsvir olunduğu bütün səhifələrdə göstərilən qiymətlərə ƏDV daxildir. Mən və Nar Mobile İnternet Bələdçisində verilən qiymətlərə isə ƏDV daxil edilmir.

Adı E-poçt
Mətn

 
 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy