HomeSizin üçünKampaniyalarArxivYeni İlə Yeni Nar Nömrəsi İlə

Yeni İlə Yeni Nar Nömrəsi İlə

Nar Mobile-a qoşulun, balansınızı artırın və 50%-a qədər qənaət edin!

8 dekabr 2009-cu il tarixindən 31 yanvar 2010-cu il tarixinədək Nar Mobile-ın hər yeni abunəçisi avtomatik olaraq Yeni İlə Yeni Nar Nömrəsi İlə kampaniyasının iştirakçısı olur.

Kampaniya çərçivəsində hər bir istifadəçi nömrəsini aktivləşdirdiyi məqamından etibarən 7 gün ərzində hər dəfə balansı artıranda şəbəkədaxili zənglər üçün 50%-dək güzəşt alır.

Güzəştin istifadə müddəti 30 gün təşkil edir.

Güzəştin miqdarı yüklənilən məbləğdən asılıdır:

  • Balans 5 AZN-dən 9.99 AZN-dək məbləğində artırılarsa - 25% güzəşt;
  • Balans 10 AZN və daha çox məbləğində artırılarsa - 50% güzəşt.

Güzəştlərin aktiv olub-olmamasını yoxlamaq üçün kodundan istifadə etmək olar.

Qeyd:

  • Güzəşt tarif planına uyğun olaraq şəbəkənin daxilində edilən zənglərə aiddir;
  • Yeni İlə Yeni Nar Nömrəsi İlə kampaniyası çərçivəsində nəzərdə tutulan güzəştlər yalnız digər endirimlərin aktiv olmaması təqdirdə qüvvəyə minir;
  • Güzəştlərin ikisi də (25%50%) aktiv vəziyyətdə olan halda 50%-lik güzəşt ilk növbədə qüvvəyə minir;
  • Güzəşt balansınızı artıran məqamından 24 saat ərzində qüvvəyə minir;
  • Kampaniyada bütün öncədən ödənişli tarif planlarının abunəçiləri iştirak edə bilər.

Ətraflı məlumatı nömrəsinə zəng etməklə əldə etmək olar

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy