HomeSizin üçünKampaniyalarArxivPul yağışı - daha yaxşı!

“Pul yağışı – daha yaxşı!”

Sən zənglərə cavab verdiyin zaman mobil telefonun sənin üçün pul qazanır. Nar Mobile ilə zənglərə cavab vermək daha sərfəlidir. Sənin dostların digər operatorların xidmətlərindən və ya şəhər nömrəlirindən istifadə etdikləri halda belə Nar Mobile nömrəsindən istifadə edərək sən daha çox üstünlük əldə edirsən. İndi daxil olan zənglər Sənin üçün ikiqat xoş olacaq - Sən zəngləri qəbul etməklə yanaşı pul qazanacaqsan! Sadəcə zənglərə cavab verməklə Sən balansı artırmış olursan!

Beləliklə, abunəçi mobil operatorlardan və şəhər nömrələrindən* daxil olan ölkədaxili zənglərin hər tam dəqiqəsi** üçün bütün mobil rabitə xidmətlərinə (Səsli xidmətlər,SMS, MMS, GPRS, Dinlət və s.) 2 qəpik məbləğində bonus əldə edir. Bonus hər yeni ayın əvvəlində bütün daxil olan zənglər üçün əlavə olunur. Bonus hesabından sərf olunmamış vəsait nömrədən istifadə müddəti ərzində cəmlənir.

“Pul yağışı – daha yaxşı!” aksiyası bütün öncədən ödənişli Nar Mobile Tarif Planlarının istifadəçiləri üçün 01.02.2008 tarixndən 01.08.2008 tarixinədək etibarlıdır.

“Pul yağışı – daha yaxşı!” aksiyası çərçivəsində əldə olunan vəsait balansda olan məbləğ kimi xərclənir.

Abunə haqqı olmayan tarif planları üçün ödəniş müddəti başa çatdıqda çıxış zənglərinə qadağa statusunda bonuslar əlavə edilməyə və cəmlənməyə davam edir. Lakin, hesabın artırılmadığı halda bu bonuslardan istifadə etmək mümkün deyildir. Əlavə olunan bonuslar ödənişin istifadə müddətini artırmır. Bütün zənglərə qadağa zamanı sərf edilməmiş bonus əsas hesabın yenidən artırılmasına qədər saxlanılır və ya nömrənin tam ləğv edilməsindən sonra hesabdan pozulur.

Abunə haqqı olan tarif planlarının istifadəçiləri hesabda vəsaitin olmadığı halda çıxış zənglərinə qadağa statusuna keçirilirlər. Çıxış zənglərinə qadağa statusunda abunəçinin hesabı bonusla tələb olunan qədər artırıldığı halda o yenidən aktiv statusuna keçirilir. Bu zaman abunə haqqı və rabitə xərcləri abunəçinin bonus hesabından sərf edilir.

* Şəbəkədaxili qəbul edilmiş zənglərdən və rominqdən başqa.

** Daxil olan zənglər üçün bonuslar cəmlənir. Məsələn: Abunəçi 30 saniyəlik zəngdən sonra 45 saniyəlik zəng qəbul etdikdə, onun hesabına tam dəqiqə üçün 0.02 AZN bonus əlavə edilir. Qalıq 15 saniyə ikinci tam dəqiqənin cəmlənməsi zamanı hesablanır.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy