Dostunu Gətir

 

Sən şəbəkəmizin üstünlükləri ilə artıq tanışsan!

Bəs dostların? Ləngimə, dostlarını Nar Mobile şəbəkəsinə gətir və onlarla birgə hər ay bonuslar əldə et!

Bizə qoşul – saatlarla pulsuz danış!

Aksiyada iştirak etmək üçün Nar Mobile abunəçisi öz dost və yaxınlarına Nar Mobile şəbəkəsinə qoşulmağı tövsiyə etməlidir.

Şəbəkəyə qoşulan yeni abunəçi Nar Mobile şəbəkəsini ona tövsiyə etmiş abunəçinin* Nar nömrəsini SMS-lə 737-ə göndərməlidir.

SMS göndərildikdən sonra həm yeni, həm tövsiyə edən abunəçi şəbəkədaxili 60 pulsuz dəqiqələr əldə edirlər.

Bonusların 2009-сu ilin sonunadək hər ay hər bir abunəçinin hesabına əlavə olunması yalnız yeni abunəçinin öz balansını ayda bir dəfə istənilən nominalda ödəniş kartı ilə artırdığı halda həyata keçirilir.

Tövsiyə edən abunəçinin nömrəsini SMS-lə göndərən yeni abunəçilərin sayı artdıqca, onun aldığı bonusların da miqdarı artır.

Misal: Tövsiyə edən abunəçinin Nar nömrəsi 737-ə bir yeni abunəçi tərəfindən göndərildikdə, tövsiyə edən abunəçi 60 pulsuz dəqiqə əldə edir. Tövsiyə edən abunəçinin Nar nömrəsi iki yeni Nar Mobile abunəçisi tərəfindən 737-ə göndərilərsə, o 120 pulsuz dəqiqə əldə edəcək.

*08.05.2009-cu il tarixinədək Nar Mobile şəbəkəsinə qoşulan hər bir abunəçi Tövsiyəçi hesab edilir.Bir Tövsiyə edən abunəçinin Nar nömrəsini 737 nömrəsinə yalnız 10 yeni Nar Mobile abunəçisi göndərə bilər.

Bonuslar 30 gün müddətində etibarlıdır.

Aksiya 30.06.2009-ci il tarixinədək etibarlıdır.

Tövsiyə edən Nar Mobile abunəçinin nəzərinə: Nar Mobile abunəçisi aşağıda sadalanan aksiyaların iştirakçısı olduğu halda, əldə olunan bonuslar göstərilən prioritetə uyğun xərclənilir:

Sərfəli Bahar kampaniyası çərçivəsində əldə olunan bonuslar;

5 qat Artıq Hədiyyə aksiyası çərçivəsində əldə olunan bonuslar;

Dostunu Gətir aksiyası çərçivəsində əldə olunan bonuslar.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy