Bir yaşımız tamam oldu!
Bizə etibar edən və Nar Mobile şəbəkəsindən istifadə edən abunəçilər bu gün bütün gözləntiləri aşan nəticələr əldə edərək öz seçimlərinin düzgün olduğunu hiss edirlər!
Nar Mobile böyüyür və bizimlə birlikdə abunəçilərimizin sayı da artır!
Bizimlə olduğun üçün təşəkkür edir və sənə hədiyyələr təqdim edirik!
Bir il müddətində bizimlə olan hər bir kəsə müxtəlif bonuslar hədiyyə edirik. Bizimlə birlikdə olduğun ayların sayı çox olduqca sənin bonusların da o qədər çox olacaq!
Nar Mobile sənin seçiminə əsasən bonusları təqdim edir – ölkə daxilində bütün istiqamətlərdə zənglər üçün dəqiqələr, SMS və ya MMS.
Azərbaycan daxilində zənglər üçün pulsuz dəqiqələr şəklində bonus almaq üçün 






şifrəsini yığıb və ya DEQİQE yazıb 770 qısa nömrəsinə SMS yollamaq;
Bonusu SMS şəklində almaq üçün 






şifrəsini yığıb və ya SMS yazıb 770 qısa nömrəsinə SMS yollamaq;
Bonusu MMS şəklində almaq üçün 






şifrəsini yığıb və ya MMS yazıb 770 qısa nömrəsinə SMS yollamaq kifayətdir.
Bonuslar Nar Mobile şəbəkəsinin bütün öncədən ödənişli tarif planlarının abunəçilərinə təqdim olunur. Abunəçi özünün seçiminə əsasən Nar Mobile şəbəkəsində olduğu hər bir tam ay üçün ölkədaxili bütün istiqamətlərə 1 dəqiqəyə bərabər danışıq vaxtı, ya 2 SMS, ya da 3 MMS əldə edir.
Bonuslar 2008-ci il martın 21-dən aprelin 20-ə qədər bonus seçimini etmiş bütün abunəçilərə təqdim olunacaq. Bonus seçimini abunəçi müstəqil olaraq qısa nömrəyə SMS göndərməklə həyata keçirir. SMS sorğunun qiyməti operatorun mövcud tariflərinə uyğun hesablanır.
Bonusdan yalnız Aktiv statusda olan abunəçilər istifadə edə bilər. Göstərilmiş müddətə qədər bonus seçimini etməmiş abunəçilərin bonusları ləğv olunacaqdır. Seçilmiş bonuslar aprelin 21-dək bütün abunəçilərə hesablanacaq və hesablandığı andan 30 gün müddətində etibarlıdır.
Nar Mobile Bayramı kampaniyası çərçivəsində təqdim olunan bonuslar bütün əvvəlcədən ödənilən tarif planları üçün prioritet təşkil edir və birinci növbədə sərf olunur.
Bonusun seçildiyi və hesablandığı lakin abunəçinin nömrəsi bir və ya ikitərəfli bağlı olduğu halda nömrəni aktivləşdirib balansı artırmaq kifayətdir.
Kampaniyada iştirak edən Bütün əvvəlcədən ödənilən Tarif Planlarının (Rəngarəng Zövqlər Rejim 1 və 2, Xoş Xəbər, Məqsədə Doğru) abunəçiləri kampaniya çərçivəsində təqdim olunan bonusların statusu haqqında məlumatın öyrənilməsi üçün standart sorğudan istifadə edə bilərlər: standart sorğu 







. Bonusun həcmi haqqında məlumatı yalnız bonusun qüvvədə olduğu müddət ərzində yoxlamaq mümkündür.



