Yalnız Nar Mobile abunəçiləri öz yaxınları ilə Bol-bol SMS paketlər vasitəsilə 3 və hətta 1 qəpiyə SMSləşmək imkanı əldə etmiş olurlar.
Abunəçilərini durmadan əlverişli aksiyalar və kampaniyalarla sevindirən Nar Mobile indi SMS vasitəsilə yazışmağa üstünlük verənlərə yeni Bol-bol SMS paketlərini təqdim edir.
SMS-ləri nəinki Nar Mobile şəbəkəsi daxilində, hətta ölkənin daxilində istənilən istiqamətdə göndərmək olar.
SMS paketlər iki cürdür: 30 SMS və 300 SMS. Abunəçi onun üçün uyğun olan paketi sifariş etmək üçün «3» ("30 SMS" paketinin sifarişi) və ya «1» ("300 SMS" paketinin sifarişi) mətnini yazıb 797 nömrəsinə göndərə bilər.
Qeyd etmək lazımdır ki, "30 SMS" paketinin qiyməti 0.90 AZN, "300 SMS" paketinin qiyməti 3 AZN təşkil edir. Bol-bol SMS paketləri 30 gün ərzində etibarlıdır.
Ətraflı məlumat almaq üçün Müştəri Xidmətləri Mərkəzinə zəng etmək kifayətdir: 777 və (99412) 444 0 777



