Nar Mobile abunəçiləri üçün Hədiyyə Manatları!

12 Yanvar 2010-cu il tarixindən etibarən Nar Mobile abunəçiləri hər dəfə balanslarını artırarkən hədiyyə manatları əldə edəcəklər.

"Bizimlə çox olan daha çox qazanır" şüarı ilə keçirilən aksiyada abunəçilər Nar Mobile şəbəkəsinə qoşulduqları müddətdən asılı olaraq bonuslar qazanırlar.

Hədiyyə Manatları kampaniyası çərçivəsində verilən bonusların miqdarı abunəçinin Nar Mobile şəbəkəsinə qoşulduğu tarixdən və balansın artırılma məbləğindən asılıdır. 2 il müddətində Nar Mobile şəbəkəsində olan abunəçi ikiqat, 2 ildən çox şəbəkədə olan abunəçi üçqat artıq bonus qazanacaq.

Kampaniyada iştirak etmək üçün 737 nömrəsinə NARIM mətni ilə SMS göndərmək və ya mobil telefondan *737#YES sorğusunu göndərmək kifayətdir.

Bonuslar ölkə daxilində bütün istiqamətlərə səsli zənglər və SMS, eləcədə Mobil İnternet və MMS xidmətlərindən istifadə üçün sərf oluna bilər.

Nömrənin aktivləşdirilmə tarixini öyrənmək üçün *737#1#YES, bonus qalığı haqqında məlumat almaq üçün *777#20#Yes yığmaq kifayətdir.

Hədiyyə manatları aksiyasına yalnız öncədən ödənişli tarif planlarının istifadəçiləri qoşula bilərlər.
 

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy