Yalnız Nar Mobile abunəçiləri "Yeni İl! Yeni Həyat!" viktorinasında iştirak edərək, hər gün Nokia 6300 mobil telefonu, hər həftə VW Polo avtomobili və yeni mənzil sahibi ola bilərlər.
Hər zaman öz abunəçilərini unudulmaz və möhtəşəm kampaniyalarla sevindirən Nar Mobile, "Yeni İl! Yeni Həyat!" viktorinasına davam edir.
Viktorinanın şərtlərinə əsasən, burada iştirak edən Nar Mobile abunəçilərinin hər gün Nokia 6300 telefonu, hər həftə VW Polo avtomobili və kampaniyanın sonunda yeni mənzil udmaq imkanı var.
Viktorinada iştirak etmək üçün 7070 SMS göndərmək kifayətdir. 100 gün ərzində hər gün verilən suallara düzgün cavab verən hər iştirakçı 1 Nokia 6300 telefonu əldə edir. Həmçinin, hər həftə suallara düzgün cavab verən və həftə ərzində çox xal toplayan iştirakçı 1 VW Polo avtomobili qazanır. Bundan başqa, viktorinanın sonunda bütün suallara düzgün cavab verən və ən yüksək xal toplayan iştirakçı yeni mənzil sahibi olacaq.
Viktorina haqqında ətraflı məlumatla tanış olmaq üçün 777 / (99412) 444 0 777 nömrəsinə zəng edərək Müştəri Xidmətlərinə müraciət etmək olar. Ətraflı məlumat http://www.2010.narmobile.az İnternet səhifəsində yerləşdirilmişdir.



