Nar Mobile yeni abunəçilər üçün 50% qədər güzəşt imkanı yaradır!

Yüksəkkeyfiyyətli şəbəkə təqdim edən Nar Mobile, abunəçilərinə durmadan unikal kampaniya və aksiyalar təklif etməkdədir. Nar Mobile-a qoşularkən, abunəçi təqdim olunan xidmətlərindən yararlanmaqla yanaşı danışıqlara 50% qədər güzəşt əldə edir.

8 dekabr 2009-cu il tarixindən etibarən Nar Mobile şəbəkəsinə qoşulan hər yeni abunəçi avtomatik olaraq "Yeni İlə Yeni Nar Nömrəsi İlə" kampaniyasının iştirakçısı olur.

Kampaniya çərçivəsində hər bir istifadəçi nömrəsini aktivləşdirdiyi andan etibarən 7 gün ərzində hər dəfə balans artırılması zamanı şəbəkədaxili zənglər üçün 50%-dək güzəşt əldə edir.

Abunəçilər balansı 5 AZN-dən 9.99 AZN-dək məbləğində artırdıqları halda şəbəkədaxili zənglər üçün 25% güzəşt, balansın 10 AZN və daha çox məbləğdə artırıldığı halda isə şəbəkədaxili 50% güzəşt əldə etmiş olacaqlar.

Güzəştlərin aktiv olub-olmamağını yoxlamaq üçün  şifrəsini yığmaq kifayətdir. Güzəştin istifadə müddəti 30 gün təşkil edir.

Kampaniya 31.01.2010-cu il tarixinədək etibarlıdır.

Kampaniya haqqında ətraflı məlumatla tanış olmaq üçün 7775 / (99412) 444 0 777 Müştəri Xidmətlərinə zəng etmək kifayətdir.

 

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy