HomeSizin üçünAzerfon haqqındaŞirkət haqqında məlumat

Şirkət haqqında məlumat

AZERFON şirkəti Azərbaycan ərazisində mobil rabitə xidmətlərini göstərmək üçün 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin lisenziya ilə təmin edilmişdir. Azerfon şirkəti 2007-ci ilin mart ayında qeydiyyatdan keçmiş ticarət nişanı olan “Nar Mobile” brendi ilə kommersiya fəaliyyətinə başlamışdır.

AZERFON MMC şəbəkənin əhatə dairəsini genişləndirmək və şirkətin infrastrukturunu inkişaf etdirmək üçün böyük həcmli sərmayə qoyuluşları etməyi planlaşdırır. Biz ən son İnformasiya Texnologiyaları işləmələrinin və yüksək keyfiyyətli xidmətlərin inkişaf etdirilməsi və yerinə yetirilməsinə sərmayələr yatırır.

AZERFON şirkəti rəqabətli qiymətlərlə mobil telefonlar üçün yeni xidmətlər, çevik çözümlər, texnikanın ən son nailiyyətlərinə uyğun şəbəkə texnologiyaları və yüksək keyfiyyətli müştəri xidmətləri təklif edir.

Nar Mobile tərəfindən təklif olunan bütün xidmətlər Abunəçilərimizin rahatlığı məqsədilə hazırlanmışdır. Yaxın gələcəkdə AZERFON şirkətinin məqsədi mobil rabitə istifadəçilərinin 1 nömrəli seçiminə çevrilməkdir.

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy