HomeBiznes üçünXoş Gəlmisiniz

Xoş Gəlmisiniz

Hörmətli Biznes Həmkarımız,

AZERFON MMC Nar Mobile ticarət nişanı adı ilə bu yaxınlarda kommersiya fəaliyyətinə başlamışdır, bu nişan artıq Azərbaycanın telekommunikasiya sənayesinin inkişafı və mobil kommunikasiyalar texnologiyasının ən son nailiyyətləri ilə birgə səslənir.

Bizim brend ardıcıl olaraq istifadəsi asan yüksək keyfiyyətli qabaqcıl mobil şəbəkə xidmətlərinin provayderi kimi inkişafımıza rəvac verir, mobil telefon bazarının yeni sahələrini araşdırır və bizim bir qurum kimi dəyərimizi artırır. Nar Mobile nişanı yalnız texnoloji baxımdan deyil, həmçinin biznesin inkişafı baxımından yenilik sayılan sözün əsil mənasında özünəməxsus xidmətlər göstərilməsi deməkdir. Hazırda biz mobil telefonu rabitə vasitəsindən canlı “həyat tərzi vasitəsinə” çevirmək fəaliyyətində aparıcı rol oynayırıq.

Müştərilərimizin rəngarəng həyat tərzlərinin günbəgün inkişafının onların biznes fəaliyyətinə və şəxsi ehtiyaclarına yönələn bərabər və rəngarəng xidmətlər tələb etdiyini anlayır və dəyişən şəraitə uyğunlaşa bilən gələcək xidmətlərin dayanaqlı inkişafına zəmanət veririk.

İşgüzar dairələrə gəldikdə isə biz həmçinin başa düşürük ki, sizin biznes fəaliyyətiniz müştəri və həmkarlarınızla əlaqə saxlamağı təmin edəcək etibarlı və müasir telekommukasiya xidmətlərinin göstərilməsini tələb edir, və siz artıq dünyanın istənilən yerində biznes fəaliyyətinizə yardım etmək üçün istifadə edilən internet və daxili informasiya sistemləri vasitəsilə təqdim olunan informasiya bolluğuna daxil olmağa hazırsınız.

Nar Mobile ilə biz, yeni xidmətlərin, yeni qurğuların və rəqabətli qiymətlərin sizin ehtiyaclarınıza və biznes fəaliyyətinizin tələblərinə uyğun gələcəyinə ümid edirik və buna görə də sizi öz fəaliyyət dairəmiz və bizim Nar Mobile Corporativ Tarif Planımız ilə tanış etmək istərdik.

Aşağıdakı informasiya bizim servis portfelimizi və müvafiq qiymət planlarımızı təsvir edir. Sizin tələblərinizə cavab verən ən münasib xidmətlər toplumunu seçməkdə sizə yardım etmək üçün sizin Korporativ Hesab üzrə rəsmilərinizdən biri ilə görüşməyə şad olardıq. Siz Nar Mobile-ın Korporativ Hesab üzrə qrupu haqda daha ətraflı məlumatı əlavə edilmiş informasiyanın sonunda əldə edə bilərsiniz.

Mobil rabitə tələbatlarınızı ödəmək üçün sizinlə əlaqə yaratmağı səbirsizliklə gözləyirəm və bütün biznes fəaliyyətlərinizdə sizə böyük uğurlar arzulayıram.

Hörmətlə,
Gido Helbix
AZERFON MMC-nin
Baş Direktoru

 
 

©  2006 Azerfon LLC

Terms & conditions
Privacy policy