AZERFON MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilmişdir.
2009-cu ildə Azerfon MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanmışdır. 02.12.2009 tarixində AZERFON MMC ölkədə 3G texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziya almışdır.
AZERFON şəbəkəsi Azərbaycan Respublikasının 80% əhatə edir. Hal-hazırda AZERFON şəbəkəsindən 1 600 000 çox abunəçi istifadə edir. Təqdim etdiyimiz ticarət nişanları Azərbaycan telekommunikasiya texnologiyaları sahəsinin inkişafında özünəməxsus rolu olan və ölkədə mobil texnologiyalarının son nailiyyətlərinin tətbiq edən ticarət nişanı kimi tanınırlar.
İstifadədə sadə, yüksəkkeyfiyyətli, qabaqcıl mobil şəbəkə xidmətlərinin təminatçısı imici bizim sürətli inkişafımıza təkan verir. Biz mobil telekommunikasiya bazarının yeni sahələrini araşdırmaqla bir qurum kimi dəyərimizi artırırıq.
